SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Gömrük generalı Kəmaləddin Heydərovu qəzəbləndirib

Gömrük generalı Kəmaləddin Heydərovu qəzəbləndirib

Tarix:

8-01-2018, 11:58

/ 3 768 dəfə oxundu.
Gömrük generalı Kəmaləddin Heydərovu qəzəbləndirib

Son günlər Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun komandada təkləndiyi barədə iddialar irəli sürülür.
Hətta sosial şəbəkələrdə belə məlumat yayılıb ki, Kəmaləddin Heydərov yaxın günlərdə tutduğu vəzifədən azad edilərək, Rusiyaya səfir göndəriləcək.
İsmaric.az xəbər verir ki, bu qənaətin yaranması Kəmaləddin Heydərovun yaxın adamı sayılan sabiq vergilər naziri Fazil Məmmədovun qəfil işdən çıxarılması,onun hansısa maliyyə maxinasiyalarında ittiham edilməsi və Fövqaladə Hallar Nazirinin təsir dairəsinə daxil olan Dövlət Gömrük Komitəsinin ləğv ediləcəyi barədə mülahizələrlə bağlı ola bilər.
İtkin düşən Alpinistləriin axtarışı ilə bağlı FHN-nin yarıtmaz fəaliyyəti barədə məlumatların yayılması da Kəmaləddin Heydərovun hədəfdə olması barədə ehtimalları gücləndirir.
Bu iddia və mülahizələr Kəmaləddin Heydərovun komandasındada həyacana səbəb olub.Bildirilir ki, Kəmaləddin Heydərova yaxınlığı ilə seçilən və onun himayədarlığı ilə karyera qazanan bəzi məmurlar artıq yeni patronlar axtarışındadır.
Bu sırada xususilə Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti genral-mayoru, yaxud “monopoliya kralı” kimi tanınan Vüsal Novruzovun adı çəkilir.

Vüsal Novruzov uzun müddətdir ki,Gömrük sistemində çalışır.

Vüsal Novruzov Gömrükdə pula olan sevgisi, daha dəqiq desək, hərisliyi ilə də məşhurlaşıb. Onun Bakı Baş İdarəsinin rəisi kimi mühüm vəzifə tutması Kəmaləddin Heydərovun dəstəyi ilə baş verdiyi deyilir.Bu günə qədər də vəzifədə qalması da bu amillə izah edilir.
Lakin, indi Vüsal Novruzovun Kəmaləddin Heydərovdan uzaqlaşması niyyətində olduğu barədə iddialar var.Bildirilir ki, FHN-nin təsir dairəsindən çıxmağı düşünür.İddialara görə, bundan xəbər tutan Kəmaləddin Heydərov qəzəblənib. Əgər FHN-nin hədəfə gəlməsi barədə iddialar doğru deyilsə, yaxud o, vəziyyətdən çıxmağı,əvvəlki nüfuzunu qorumağı bacararsa,o zaman Vüsal Novruzov üçün çox çətin günlərin başlanacağını söyləmək olar.

İsmaric.az

Şərhlər

XƏBƏR LENTİ