XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Kəmaləddin Heydərovun bankını əlindən aldılar

Kəmaləddin Heydərovun bankını əlindən aldılar

Kəmaləddin Heydərovun bankını əlindən aldılar
19-02-2019, 14:21

“AFB Bank”ın əsas səhmdarı olan “Gilan” MMC payını satdığı bildirilir.

Bu barədə “Report”a maliyyə bazarındakı mənbə bildirib.

Məlumata görə, səhmdarın dəyişməsi bankın fəaliyyətinə heç bir təsir göstərməyəcək, əksinə, bazara müasir yeniliklər gətirəcək. Bu işlər çərçivəsində “AFB Bank”ın adının dəyişdiriləcəyi (Bankın rebrendinq edəcəyi) gözlənilir.

“AFB Bank”ın səhmlərinin 99,64%-i “Gilan” MMC-yə məxsusdur.

Qeyd edək ki, “Gilan” MMC fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailəsinə məxsusdur.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.