SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Cahangir Əsgərov “Abşeron” oteldə qalmaqal saldı

Cahangir Əsgərov “Abşeron” oteldə qalmaqal saldı

Tarix:

4-01-2018, 12:36

/ 3 894 dəfə oxundu.
Cahangir Əsgərov “Abşeron” oteldə qalmaqal saldı

Bir neçə il əvvəl “Landmark” otelində qalmaqal yaratması ilə gündəmə gəlmiş AZAL prezidenti Cahangir Əsgərov bu dəfə “Abşeron” (Mariot) oteldə biabırçılıq edib.
Bakıdan verilən məlumata görə, AZAL şefi məşhur “Abşeron” otelinin restoranında pomidor-yumurta çığırtması sifariş edib.
Peşəkar aşpaz komandasına malik olan və hər zaman vəzifəli, imkanlı, elit təbəqədən olan müştəriləri qarşılayan otel C.Əsgərovu razı sala bilməyib.
Qaba xasiyyəti ilə xarakterizə olunan baş pilotun ürəyindən pomidor-yumurta keçib və süfrəyə sifariş olunan yemək gətirilib.
Lakin C.Əsgərovun kobud şəkildə ofisianta etiraz etdiyi, bişirilən pomidor-yumurta çığırtmasını bəyənmədiyi iddia olunur.
Ofisiantı acılayan AZAL şefinin narazılığını yanındakı adamları göz qırpmaqla ört-basdır ediblər.
Restoran personalı da, C.Əsgərovun çevrəsindəkilər də bir-birini anlayıblar ki, çığırtma olduqca ləziz hazırlanıb.
Sadəcə, şikayətlənmək AZAL prezidentinin xasiyyətidir və hər dəfəsində bir irad tutmağa səbəb tapır.
Məlumata görə, otelə ayrı-ayrı yüksək vəzifəli məmurlar təşrif buyururlar və onlar bəzən gözlənilməz sifarişlər verirlər.

AzEuroNews.com

Şərhlər

XƏBƏR LENTİ