SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bakıda Çin malları brend adı ilə satılır - VİDEO

Bakıda Çin malları brend adı ilə satılır - VİDEO

Tarix:

20-12-2017, 15:07

/ 2 114 dəfə oxundu.
Bakıda Çin malları brend adı ilə satılır - VİDEO

Bakıdakı bir çox ticarət mərkəzlərində, mağazalarda 12 manatlıq geyim 60-70 manata baha satılır.
“Speys TV”nin “Olar! Olmaz” verilişində paytaxtdakı geyim dükanlarında satılan mallarla bağlı reportaj hazırlanıb.
Reportajda qeyd olunub ki, paytaxtda adi dərzilərin tikdiyi paltarların üzərinə dünyanın məşhur markalarının etiketini vuraraq mağazalarda satırlar.
Həmin geyimlərin İtaliya, Türkiyədən gətirildiyi deyilsə də, əslində mallar Çindən idxal olunur.
Həmin malların Bakının məşhur "Tarqovı" deyilən ərazisində yerləşən mağazalarda da yüksək faizli endirimlərlə satıldığı xüsusilə vurğulanıb.
Müxbir saxta mallar satılan mağazalara daxil olaraq satıcılardan faktura istəsə də onlar tələb olunanı göstərə bilməyiblər.

Şərhlər

XƏBƏR LENTİ