XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » “Azərsun” prezidenti öz postunu niyə qardaşlarına qıymır?

“Azərsun” prezidenti öz postunu niyə qardaşlarına qıymır?

“Azərsun” prezidenti öz postunu niyə qardaşlarına qıymır?
20-12-2017, 10:25

“Azərsun Holdinq”in prezidenti Abdulbari Gözəl rəhbəri olduğu şirkətin idarəçiliyini oğluna təhvil verməsi xəbərini təkzib etmir
Medianın yaşı ilə əlaqədar A.Gözəlin holdinqin prezidenti vəzifəsindən getməyi düşünməsini yazması dolayısı ilə təsdiqlənir.
O, buna görə, Dubayda yaşayan oğlu Əhməd Gözəli Bakıya gətirib. Gözəl holdinq tərkibində fəaliyyət göstərən bir neçə qurumu da qızları Zeynəb və Məryəmə təhvil verib.
A.Gözəlin prezident postunu qardaşı olan vitse-prezident Həsən Gözələ və Tahir Gözələ həvalə etmək istəməməsi narazılıq yaradıb.
Öz oğlunu rəhbər vəzifəyə gətirməyi planlaşdıran holdinq liderinin H.Gözəl və T.Gözələ niyə bu yüksək postu qıymaması maraq doğurur. İddialara görə, A.Gözəl qardaşına holdinqi tapşırmaq istəməyib və etibar etməyib.
Ölkənin nəhəng şirkətlərindən olan “Azərsun Holdinq” kütləvi narazılıqlar doğuran istehsalat müəssisəsinə çevrilməkdədir. Holdinq rəhbərliyinin tez-tez adı hallanan neqativ proseslərdə ağır ittihamlar irəli sürülür.
Bu iddiaların içərisində ana xətt kimi keçən tezislər işçilərlə əmək müqaviləsi bağlanmamağı, az maaş qarşılığında onların istismar olunmağıdır.
Yer alan xəbərlər arasında şirkətin kütləvi ixtisarlara getməsi, fəhlələrin hüquqlarını pozması ilə yanaşı maxinasiya faktları da üstünlük təşkil edir.
Sadəcə, son dövrlərdə holdinq KİV-lə “dil taparaq” səfərlərə aparır, tədbirlər təşkil edir və nöqsanların üzə çıxması bu şəkildə çəpərlənirdi.
Son illər ard-arda baş verən bir neçə devalvasiyanın bazarlarda qiymətlərə ciddi təsiri oldu.
Dolların bahalaşması şəraitində xüsusilə ərzaq bazarında kəskin qiymət artımı müşahidə edilir.
Nə qədər paradoksal olsa da, bir çox hallarda yerli məhsulların idxal mallarından daha çox bahalaşmasının şahidi oluruq.
Bəzi yerli sahibkarlar ilk bahalaşmaya gedənlərdəndir. Bu sırada daha çox adı hallanan “Azərsun Holdinq”dir desək, yanılmarıq.
20 ildir yerli istehsalda böyük monopoliyaya sahib olan holdinqin ərzaq bazarında yaratdığı bahalıq əhalini də çətin duruma salıb.
Bəzən xammalın, bəzən məhsul istehsalında istifadə edilən elementlərin xaricdən gətirildiyini bəhanə edən “Azərsun”un məhsulları hətta 100 faizdən çox bahalaşıb. Şirkət bunun əksini isbatlamağa çalışsa da, əlahəzrət faktlar öz sözünü deməkdədir.
Amma şikayətlər təkcə “Azərsun”un məhsullarının bahalığı ilə bağlı deyil. Məsələ burasındadır ki, adətən, sosial-iqtisadi vəziyyət çetinleşdikcə dövlətin apardığı iqtisadi islahatlar xalqın rifahına yönəlir.
Bizdə isə müxtəlif adlarda hodinqlər monopoliya yaradır, inkişafa əngəl olur, ağır iqtisadi vəziyyətdə olan ölkənin tənəzzülə uğraması üçün əlindən gələni edirlər.
Bu baxımdan ” Azərsun Holdinq”in inhisarçı fəaliyyəti də istisna deyil. Xalq gözəl bilir ki, dolların qiyməti qalxanda da, düşəndə də “Azərsun Holdinq” şirkəti heç nəyi vecinə almadan hər həftə bütün ərzaq məhsullarının qiymətini qaldırır.
Qeyd edək ki, bir müddət əvvəl jurnalist Eynulla Fətullayevin hazırda Almaniyada mühacir həyatı yaşayan sabiq deputat Hüseyn Abdullayev tərəfindən "Azərsun Holdinq"in İdarə Heyətinin sədri Abdulbari Gözəlin iş otağına basqın edilməsi və 180 min dollar civarında vəsaitin qarət olunmasını yazmışdı. Holdinq isə bunu cəfəngiyyat adlandırmışdı.

Palitika.Az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.