XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Yol polisindən sürücüyə qarşı özbaşınalıq – “400”-ün sürücüsü “zaderjeniya” verir - FOTO

Yol polisindən sürücüyə qarşı özbaşınalıq – “400”-ün sürücüsü “zaderjeniya” verir - FOTO

Yol polisindən sürücüyə qarşı özbaşınalıq – “400”-ün sürücüsü “zaderjeniya” verir - FOTO
12-12-2017, 12:13

Bakı şəhər sakini Yusupov Ələkpər Yusif oğlu yol polisinin qanunsuz hərəkətləri ilə bağlı redaksiyamıza saytına müraciət edib.
Sürücü bildirib ki, yol polisi 3 gündür onun avtomobilini heç bir əsas olmadan cərimə meydançasında saxlayır. Bununla bağlı göstərişi isə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini Rəşadət Babayevin sürücüsü Ruslan verib. Ələkpər Yusupovun müraciətini olduğu kimi təqdim edirik:
"Bildirirəm ki, 07.12.2017-ci il tarixdə saat 17.00 radələrində Cəfər Xəndan küç ilə mənə məxsus 99 KB 078 dövlət nömrə nişanlı "VAZ-2170” markalı avtomobilimlə hərəkət edərkən 99 YP 382 nömrəli yol patrul xidmətinin əməkdaşları tərəfindən "saxla” əmri aldım. YPX-nin inspektoru mənə "400 "zaderjaniya” verib” deyərək avtomobilimin cərimə meydançasına aparılmalı olduğunu dedi. Əmrə tabe olaraq avtomobili cərimə meydançasına apardım. Lakin heç bir protokol tərtib olunmadan və dəqiq səbəb görsədilmədən YPX əməkdaşları oranı tərk etdilər. Söhbət əsnasında mənə bildirdilər ki, "biz "400”-ün sürücüsü Ruslanın əmrini yerinı yetiririk və bizlik heçnə yoxdur. Səhər onun özünə yaxınlaşıb məsələni həll edərsən”. Protokol tərtib etməmələrinin səbəbini soruşduqda isə yenə də "400”-ün göstərişidir” dedilər.
08.12.2017-ci il tarixində BŞDYPİ-yə səhər saat 09:00-da yaxınlaşsam da oradan 17:00-da çıxa bilmişəm. Bu müddət ərzində məni otaq-otaq gəzməyə və saatlarla növbədə gözləməyə məcbur etdilər. Müraciət etdiyim hər otaqda məni bir qədər gözlətdirdikdən sonra "bizlik deyil, rəis göstəriş verib” deyərək başqa-başqa otaqlara müraciət etməyimi dedilər. Hətta bu müddət ərzində Talıb müəllim və Dilbazi müəllimlə uzun sürən diskursiyalardan sonra "aşağı yaxınlaş avtomobilini buraxacaqlar” dedilər. Lakin onların dediklərinə baxmayaraq uzun növbə və nahar fasiləsini gözlədikdən sonra yaxınlaşdığım 7-ci otaqda Zeynal müəllim "mənim heç nədən xəbərim yoxdur” dedi. Yenidən Talıb müəllimə müraciət etmək istəsəm də, o yuxarıda yazdığım vaxtda yerində olmadı.
09.12.2017-ci il tarixində saat 09:00-da yenidən DYP-də olsam da həmin hallar yenidən təkrarlandı. Onu da bildirmək istəyirəm ki, bu saydığım 3 gün ərzində çoxsaylı tələblərimə baxmayaraq məni heç kim protokolla tanış etmədi və çoxsaylı bəhanələrlə onu təqdim etməkdən boyun qaçırşdılar.
Qeyd edim ki, mənə məxsus olan avtomobildə edilən dəyişiklər Xırdalan şəhərində yerləşən BŞDYPİ-də razılıq alınaraq və qeydiyyat şəhadətnaməsinin xüsusi qeydlər bölməsində "A/N SPORT YIĞILIB” sözləri ilə qeyd edilib. Dəyişiklikləri qeydiyyata almaq kimi səbəb dəyişdirdiyim ehtiyyat hissələrinin sənaye üsulu ilə bütün normativlərə cavab verən zavod tərəfindən sertifikatlaşdırılıb və həmin marka və model üçün quraşdırılması üçün nəzərdə tutulub. Bunu onlara dəfələrlə izah etməyə çalışsam da, çoxsaylı sertifikatlar təqdim etsəm də, onlar buna heç bir məhəl qoymadılar. Olduğum çoxsaylı otaqların hamısında "400 nə desə odur” dedilər.
Qeyd edək ki, sürücü sənədlərin və texniki pasportun sürətini də redaksiyamıza göndərib. Onları təqdim edirik:

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Sfera.az
Yol polisindən sürücüyə qarşı özbaşınalıq – “400”-ün sürücüsü “zaderjeniya” verir - FOTO
Yol polisindən sürücüyə qarşı özbaşınalıq – “400”-ün sürücüsü “zaderjeniya” verir - FOTO
Yol polisindən sürücüyə qarşı özbaşınalıq – “400”-ün sürücüsü “zaderjeniya” verir - FOTO
Yol polisindən sürücüyə qarşı özbaşınalıq – “400”-ün sürücüsü “zaderjeniya” verir - FOTO

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.