Növbəti protokol müəmması: Şəkildə “Mercedes”, cərimə olunan “OPEL” – FOTO
Bakı şəhər sakini İsgəndər Göyüşov yol polisindən şikayətçidir. Sürücünün sözlərinə görə dünən (30 iyul) saat 19:00 radələrində onun idarə etdiyi 90 EV 560 dövlət nömrə nişanlı, “Opel” markalı avtomobilini Dövlət Bayraq Meydanı yaxınlığında YPX əməkdaşları saxlayıb.
Cəriməsinin olduğu əsas gətirilərək sürücünün avtomobili cərimə meydançasına aparılıb.
Lakin maraqlı məqam odur ki, sürücüyə təqdim olunan protokolda əks olunmuş avtomobilin markası və nömrəsi fərqlidir. Belə ki, mart ayının 18-də Bakı-Ələt-Qazax-Gürcüstan yolunda MMX-yə düşmüş avtomobil 90-EM-560 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobil olsa da, cərimə 90-EV-560 dövlət nömrə nişanlı “OPEL ASTRA” markalı avtomobilə yazılıb. Təqdim olunmuş protokolda və fotoda “Mercedes”, yazıda isə “OPEL” əks olunub.
Sürücü yol polisinə bunu izah etməyə çalışsa da, “gedin idarədə aydınlaşdırın” deyilərək avtomobil cərimə meydançasına salınıb.
avtosfer.az










Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...