XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Nazir oğlu Mərdəkanda hektarlarla torpaq sahəsi alır

Nazir oğlu Mərdəkanda hektarlarla torpaq sahəsi alır

Nazir oğlu Mərdəkanda hektarlarla torpaq sahəsi alır
24-11-2017, 16:12

Maliyyə böhranı dərinləşdikcə hakimiyyətdə təmsil olunan oliqarx məmurların da biznes imperiyası sarsıdıcı zərbələr alır.
Bu barədə vaxtaşırı mətbuatda müxtəlif məlumatlar dərc olunur. Məlumatları təhlil edərkən aydın olur ki, böhran yeni situasiya yaranmasına səbəb olub. Bəzi məmurlar böhrandan dolayı ziyanda olmaları ilə yanaşı iri fiqurlara biznes strukturlarını güzəştə getməyə də məcbur olurlar.
Böhranın bu və ya digər şəkildə ən ciddi zərbə vurduğu məmurlardan biri kimi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun da adı çəkilir. Onun biznes imperiyasının çökdüyü, bəzi iri şirkətlərinin əlindən alındığı, nəzarət etdiyi dövlət qurumlarına təsir imkanlarının azaldığı barədə iddialar səsləndirilir.
Hətta bir müddət əvvəl Kəmaləddin Heydərova məxsus olduğu bildirilən, ölkənin ən iri şirkətlərindən olan “Gilan” Holdinqin tam gücü ilə işləmədiyi barədə məlumatlar yayılmışdı.
Lakin daxil olan məlumat bu iddiaların əsassız olduğu qənaətini yaradır.
Məlumatda deyilir ki, Kəmaləddin Heydərov digər oliqarx məmurlardan fərqli olaraq biznes imperiyasını qorumaqda və hətta genişləndirməkdə israrlıdır. Bildirilir ki, fövqəladə hallar nazirinin oğlu Tale Heydərov Bakının Mərdəkan qəsəbəsində öz adına hektarlarla torpaq sahəsi alır. Bu məlumat Kəmaləddin Heydərovun iqtisadi gücünün zəifləməsi barədə yayılan xəbərlərlə ziddiyyət təşkil edir. Tale Heydərovun torpaq sahələrini hansı məqsədlə aldığı barədə dəqiq bilgi yoxdur.
Məlumata görə, Tale Heydərov torpaq sahələrini almaq üçün iri məbləğdə pullar xərcləyir.
Bu isə gələcəkdə hansısa ciddi layihənin həyata keçirələcəyi barədə ehtimalları möhkəmləndirir.

24saat.org

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.