XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » “Lotu Quli” Canıyevdən qisas almağa hazırlaşır

“Lotu Quli” Canıyevdən qisas almağa hazırlaşır

“Lotu Quli” Canıyevdən qisas almağa hazırlaşır
22-11-2017, 12:12

Azərbaycanda uzun müddət həbsdən sonra bu yaxınlarda azadlığa çıxan “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifov “Bütün oğruların kralı” adı uğrunda mübarizəyə başlamaq niyyətindədir.

Nüfuzlu “qanuni oğru” İstanbulda ona sui-qəsd etmək istəyən şəxslərdən qisas almağa çalışacaq.

Qeyd edək ki, Səlifov cəzaçəkmə müəssisəsindən azad olunan kimi Gürcüstana, oradan isə Türkiyəyə gedib. Əsas məqsəd xüsusi klan formalaşdırmaqdır. Agentlik məlumatlı mənbəyə istinadən bildirir ki, ilk hədəf ona sui-qəsd hazırlayan “qanuni oğru” Merab Canqveladze və İstabulda qətlə yetirilən azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranski adı ilə tanınan Rövşən Canıyevin qardaşı Namiq Canıyevdir. Bu siyahıda “Şirinlər” də var.
Hazırda Səlifov Merabın düşmənləri ilə danışıqlar aparır. Çünki koalisiyanın yaradılması üçün ümumi düşmənə qarşı qisas motivi olmalıdır. Merabla Pipiey arasında olduğu kimi. Belə ki, Pipiey 2012-ci ildə uşağın gözü qarşısında Canqveladzeni “qanuni oğru” kimi tanımadığına görə döyülmüşdü. Bundan başqa, Qulinin Kuşner (Aleksandr Kuşner) və Rəşad Gəncinski (Rəşad İsmayılov) ilə müttəfiq olduğu deyilir. Eyni zamanda, Quli Türkiyədə Qeloy Kardavoy tərəfindən tacladırılan “Çinli” ləqəbli Serqey Çebanla da görüşüb. Lakin hazırda Qeloyun “oğru səlahiyyətləri” Şakro Molodoy və digər “qanuni oğru”lar tərəfindən dayandırılıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.