AST Telmanla bağlı şok məlumat: - Lənkəranskini “Lotu Quli”yə satıb
Rusiyada 2 nəfərin ölümündə, qanunsuz silah gəzdirməkdə təqsirli bilinərək beynəlxalq axtarışa verilən məşhur azərbaycanlı iş adamı, Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılov haqqında sensasion məlumat yayılıb.
“CrimeRussia” saytına istinadən xəbər veririk ki, iddiaya görə, iş adamı İstanbulda qətlə yetirilən “Rövşən Lənkəranski” kimi tanınan azərbaycanlı “qanuni oğru” Rövşən Canıyevin yerini onun düşmənlərinə deyib.
Türkiyə xüsusi xidmət orqanları hesab edirlər ki, Telman İsmayılov “Rövşən Lənkəranski”nin hansı oteldə olacağını “Quli” kimi tanınan “qanuni oğru” Nadir Səlifova çatdırıb.
Qeyd edək ki, “Rövşən Lənkəranski”yə sui-qəsd İstanbulda həyata keçirilib. Azərbaycanlı “oğru”nu çoxsaylı mühafizəçilər müşayiət etsələr də, Rusiyadan gələn 6 nəfərlik killer qrupu “Rövşən Lənkəranski” ilə yanaşı, onun iki cangüdənini ağır yaralayıblar. “Rövşən Lənkəranski” aldığı güllə yarasından İstanbuldakı klinikaların birində keçinib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək