"Qanuni oğrular" "Lotu Quli" ilə görüşdə- FOTO
İki gün öncə azadlığa çıxaraq Türkiyəyə yerləşən "qanuni oğru" Nadir Səlifovun (Lotu Quli) yaxın dostlarının əhatəsində olduğu bildirilir.
İstanbula yerləşən kriminal avtoritetə ona yaxınlığı ilə seçilən "qanuni oğru"lar baş çəkiblər. Məlumatda qeyd edilir ki, Nadir Səlifovla görüşə gələn "qanuni oğru"lardan biri Türkiyədə məskunlaşan həmyerlimiz Rafət Əlibayramlinski, digəri isə Avstriyada yaşayan rusiyalı Saşa Kuşner olub.
Saytın əldə etdiyi fotoda "Lotu Quli” tanınmış avtoritet olan qardaşı Namiq Səlifovun, "qanuni oğru"lar Rafət Əlibayramlinski, Saşa Kuşner və ona yaxın olan dostlarının əhatəsindədir.
Xatırladaq ki, "Lotu Quli" həbsxanada 20 ildən çox vaxt keçirib. O, 90-cı illərin əvvəllərində bir sıra səs-küylü cinayətlərin törədilməsində ittiham olunaraq həbs edilmişdi. Məhbəsdə olduğu vaxtda uzun illər Gürcüstana ekstradisiyasına nail olmağa çalışıb.
Oktyabrın 24-də Qaradağ Rayon Məhkəməsi vəkilin Nadir Səlifovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı vəsatətini təmin edib. Qeyd edək ki, azadlığa çıxdığı gün Nadir Səlifov Gürcüstana getmişdi.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır