XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Binəqədidən rüşvətə görə qovulan direktorun 158 saylı məktəbdə hökmranlığı

Binəqədidən rüşvətə görə qovulan direktorun 158 saylı məktəbdə hökmranlığı

Binəqədidən rüşvətə görə qovulan direktorun 158 saylı məktəbdə hökmranlığı
15-11-2017, 10:09

Bir neçə gün öncə asamal rayonunda yerləşən 158 saylı orta məktəbdə baş verən neqativ hallar haqda yazı dərc etmişdik. 2013-cü ildə prezident İlham Əliyevin göstərişi ilə tam təmir edilərək istifadəyə verilən və açılışında prezident və xanımı Mehriban Əliyeva da iştirak etdiyi bu məktəblə bağlı bildirmişdik ki, məktəbdə baş verən qanunsuzluqlar, yığılan rüşvət o qədər açıq şəkil alıb ki, məktəbin pedoqoji kollektivi bu korrupsiya sisteminin detalları, rəqəmlər haqda öz aralarında vatsapp danışıqlarında açıq bəhs etməkdən belə çəkinmirlər.
Sözügedən orta məktəbin direktoru Mehriban Ələkbərova haqqında redaksiyamıza yeni məlumatlar daxil olub. Belə ki, elektron poçtumuza daxil olan məlumatda bu gün 158 saylı məktəbdə rüşvət və korrupsiya sistemi quran direktorun qalmaqallı pedoqoji fəaliyyətindən bəhs olunur: “M.Ələkbərova illər öncə Binəqədi rayonunun məktəblərindən birində direktor vəzifəsində çalışırdı. Məhz korrupsiya faktlarına və kütləvi narazılığa görə o bu məktəbdən uzaqlaşdırıldı və Bakının ucqarlarında olan bir məktəbə göndərildi. Sonradan hansısa gizli qüvvə Mehriban xanımı mərkəzə gətirə bildi”. Bizə göndərilən məktubda indi 158 saylı məktəbdə öz qanunlarını tətbiq edən direktorun addəyişmə olayı, “Arzu” adı ilə bağlı bəzi məqamlar yer alsa da bu faktı müəyyən dəqiqləşdirmələr apardıqdan sonra diqqətinizə çatdıracayıq.
Oxucularımız üçün xatırladaq ki, ötən yazımızda 158 saylı məktəbin direktorunun özünəməxsus qaydalarla məktəbi idarə etdiyi və müəllimələrdən dərs saatlarına görə rüşvət aldığı qeyd edilirdi. Bundan başqa repetitorluqla məşğul olmaq istəyən müəllimələr və repetitor yanına getmək istəyən uşaqlar mütləq Mehriban müəlliməni razı salmalıdırlar: “Məktəbdə müəllimələrə dərs saatı verilməsinə görə, repetitorluq fəaliyyətlərinə görə, uşaqlar isə repetitor yanına getdiklərinə görə rüşvət verirlər. Bütün bunlarla yanaşı müəllimələrin “açıq dərs”lərinə görə də rüşvət alınır. Müəllimlərdən yığılan ən böyük rüşvət sistemi isə sinif otaqları ilə bağlıdır. Bununla bağlı daxil olan məlumatda bildirilirdi ki, məktəbin direktoru Mehriban Ələkbərova dərsdən sonra sinif otaqlarını demək olar ki, “arendaya verir”. Belə ki sözügedən direktor dərs ilinin başlanğıcında birini əlli manat olmaqla sinif otaqlarını repititorluqla məşğul olan və yaxud dərsdən sonra əlavə məşğələr keçən ibtidai sinif müəllimləri üçün ayırıb. Amma ödəniş bununla bitmir, 50 manat birdəfəlik rüsumdu. Bunun ardınca xanım direktor həmin müəllimlərdən hər şagird üçün on manat olmaqla aylıq tələb edir. Qeyd edək ki, məktəbin hər üç binasının bəzi otaqlarında ikinci növbə, ikinci növbə, eləcə də, şənbə və bayram günləri hazırlıq keçirilir. Ayın tamamında isə Mehriban xanımın “naibləri” aylıqyığma mərasiminə başlayır. Mərasimin o qədər də sakit keçməsini demək olmaz. Bəzi müəllimlər narazılıq etməyə, “qiyməti bir az öldürməyə” çalışsalar da, razılıq alınmayıb, sinif otaqlarının döşəməsinin və tavanının sahibi “Nuh deyib, peyğəmbər deməyib”. Sonda “baş naib”-dərs hissə müdiri Qərənfil Bəxtiyarova bəyan edib ki, mən heç nə bilmirəm, direktorun tapşırığıdı, heç kimə güzəştə getmək olmaz, tələb olunan aylığı verməyənlər zəhmət çəkib hazırlığını evində keçsin”.
158 saylı orta məktəblə bağlı müəllimlər arasındakı söhbət və valideynlərdən əldə etdiyimiz məlumata görə direktorun gəlirləri yalnız sinif otaqlarının icarəyə verilməsi ilə birmir. Belə ki, nazirin göstərişlərinin əleyhinə gedən direktor Mehriban Ələkbərova şəxsi maraqlarının təmin olunması istiqamətində hər yola baş vurur. Məsələn, respublika səviyyəli bayram tədbirlərində 1-ci sinifdən tutmuş 11-ci sinifə qədər, bütün şagirdlər sinif rəhbərləri vasitəsi ilə direktoru təbrik etməlidir. Maddi imkanı zəif olan şagirdlər belə bu işlərə cəlb olunur. Bundan başqa, məktəbdə davamiyyət məsələsi olduqca acınacaqlı vəziyyətdədir: “Əsasən 10 və 11-ci siniflərdə təhsil alan şagirdlər direktorla «razılaşıb» aylığa çıxırlar. Həmin şagirdlərin əksəriyyəti ali məktəbə repetitor yanında hazırlaşanlardır. Onlar üçün vaxt məhdudiyyəti olduğundan məktəbə intizamlı şəkildə gələ bilmirlər. Buna görə də aylığa çıxırlar. Deyilənə görə, bu işin müqabilində şagirdlər direktora 1000 dəfə “sağ ol” deyirlər və “aylıq” orta rüsum 250-300 manatdır. Məktəbə Təhsil Nazirliyindən, yaxud Bakı Şəhəri üzrə Təhsil İdarəsindən yoxlama gələndə isə direktor 9-cu sinif şagirdlərini aylığa buraxdığı şagirdlərin yerində otuzdurur”. Bundan başqa məktəbin birinci və onuncu siniflərinə şagirdlərin pulla qəbuluna aid də şikayət daxil olub. İstədiyi ibtidai sinif müəlliminin sinfində və yaxıd istədiyi təmayül sinifdə təhsil almaq istəyən şagirdin yeganə çıxış yolu rüşvətdən keçir. Beləliklə, 158 nömrəli məktəbdə şagirdlərin ən çox mənimsədiyi məlumat rüşvətsiz həyatın mümkün olmamasıdır. Ola bilsin, direktor xanım gənclərimizi bu yolla “ həyata hazırlamağa çalışır.
Məsələ ilə bağlı onu da əlavə edək ki, Mehriban xanım həmin məktəbə bir neçə ildir direktor təyin olunmasına baxmayaraq, artıq adı mətbuatda dəfələrlə hallanıb. Keçən tədris ilində mediada “Prezidentin açılışına getdiyi 158 saylı məktəbdə şok faktlar: Əlifba bayramına görə şagirdlərdən pul yığılır” başlıqlı yazı getmişdi. Yazıda hər birinci sinifdən əlifba bayramını keçirmək üçün 300 manat məbləğində pul tələb edilməsi faktları sübut olunmuşdu. Direktorun gördüyü ilk tədbir isə öz qoçularına sayta zəng getdirib hədələtdirmək olmuşdu. Baxmayaraq ki, sayt əməkdaşlarının əlində faktla bağlı video görüntü vardı.
Sonda onu da xatırladaq ki, 158 saylı orta məktəbdə dəfələrlə qanun pozuntusu aşkarlanıb və direktorlar vəzifəsindən azad edilib. Görünür, indiki director köhnə həmkarının taleyindən lazımınca dərs götürməyib.

cumhuriyyet.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.