Sosial şəbəkə istifadəçisi Rahim Həsənov bu videonu bizə göndərərk yazır:
"Orta məktəblərdə yıgılan rüşvət ölkəmizin ən agrılı həmdə yaralı yerlərindən biridir.
Abşeron rayonu Masazır qəsəbəsi "Yeni Bakı" Yaşayış kompleksində yerləşən 4 saylı tam orta məktəbdə isə sözün əsl mənasında şıdırgı pul yıgımına start verilib. Bu danışan şəxs adı gedən məktəbin dərs hissə müdiri (zavuçu) Ofelya Məmmədovadır. Bütün watsapp qruplara səs göndərərək valideynlərə summativ, bsq, məktəbin təmiri üçün pul gətirmələrini tələb edir. Ofelya məllimə bunu özbaşına etmədiyini, məktəbin direktoru Roza Süleymanovanın tapşırıgı ilə etdiyini bildirir. Nəzərinizə çatdıraq ki, bu məktəb 2 il öncə istifadəyə verilib.
Bütün mediya nümayəndələrindən bu məsələni gündəmdə saxlamagı xahiş edirəm. Mövzuya qayıdacagıq."
Rahim Həsənovun yazdığına görə videoda eşidilən səs Abşeron rayonu Masazır qəsəbəsi "Yeni Bakı" Yaşayış kompleksində yerləşən 4 saylı tam orta məktəbin dərs hissə müdürünündür. O şagirdlərin valideynlərinə səsli mesaj göndərərk onlardan pul gətirmələrini tələb edir.
Adları çəkilən şəxslərin mövqeyini işıqlanmdırmağa hazırıq!
Teref.az
http://teref.az/manset/120236-masazirda-yerlesen-4-sayli-mektebde-aciq-bazar-valideynlerden-vacap-vasitesi-ile-pul-teleb-edirlervdeofakt.html (VİDEO BURADA)