XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Ziya Məmmədovun nazir qudasının karyerası təhlükədə

Ziya Məmmədovun nazir qudasının karyerası təhlükədə

Ziya Məmmədovun nazir qudasının karyerası təhlükədə
24-11-2017, 16:13

Kənd təsərrüfatı naziri Heydər Əsədov qudası, keçmiş nəqliyyat naziri Ziya Məmmədova görə hədəfə gəlib. Artıq mediada Heydər Əsədovun karyerası ilə bağlı müxtəlif məlumat və mülahizələr yayılır.
Daxil olan məlumatda da bildirilir ki, Heydər Əsədov karyerası ilə vidalaşa bilər.
Xəbərə görə, Ziya Məmmədovun qudası artıq hakimiyyət düşərgəsindəki “qüdrətini” itirib. Əvvəllər fövqəladə hallar naziri Kəmaləddin Heydərovun dəstəyi ilə vəzifələrə yüksələn Heydər Əsədov indi köməksiz vəziyyətdədir.
Heydər ƏsədovHeydər Əsədov
Heydər Əsədovun prezident İlham Əliyevin rayonlara səfəri zamanı kənd təsərrüfatına həsr olunmuş müşavirələrdə görünməməsi də onun artıq əvvəlki nüfuzunu itirdiyi ilə izah edilir. Məluamt üçün qeyd edək ki, həmin müşavirələrdə adətən Heydər Əsədovu iqtisadiyyat naziri Şahin Mustafayev əvəz edir.
Qeyd edək ki, Heydər Əsədov kənd təsərrüfatı naziri vəzifəsinə Hesablama Palatasının sədri postundan gəlib.
Bundan əvvəl isə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının rəhbəri, maliyyə nazirinin müavini olub.
Samir Şərifov maliyyə naziri təyin olunandan sonra bu vəzifədən uzaqlaşdırılıb.

24saat.org

XalqXeber.Az
OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.