Heydər Əsədovla bağlı daha bir iddia
Azərbaycanda nazirlərin, komitə sədrlərinin və digər yüksək vəzifəlilərin aylıq maaşları ilə həyat tərzləri arasındakı fərqi hər kəs bilir.Özəlliklə neft milyonlarının ölkəyə axdığı ötən illər ərzində Azərbaycanın nazirləri ərəb şeyxlərinin həyat tərzini yaşamağa başlayıb.
Belə şəxslərdən biri də kənd təsərrüfatı naziri Heydər Əsədovdur. Vaxtilə, Hesablama Palatasının sədri olan Heydər Əsədov digər komanda üzvlərindən fərqli olaraq, öz sahəsinin peşəkarı kimi tanınırdı. Ancaq nəqliyyat naziri Ziya Məmmədovla quda olan və sonradan nazir təyinatı alan Heydər Əsədovun da adı korrupsiya qalmaqallarında hallanmağa başlayıb.
Nazirin bu yaxınlarda yeni villa aldığnı öyrəndik. Saytımızı bununla bağlı bilgiləndirən mənbə Heydər Əsədovun aldığı villanın fotosunu da təqdim edib. Bakının “Milyonerlər Məhəlləsi” adlanan məkanda olan villanı Heydər Əsədovun 6 milyona aldığı bildirilir. Məlumatda qeyd olunur ki, artıq nazir Bakının Səbail rayonundakı (“Torqovı” adlandırılan-red) mənzilindən yeni villasına köç edib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...