XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Hacıbala Abutalıbovun təşəbbüsü donduruldu + FOTO

Hacıbala Abutalıbovun təşəbbüsü donduruldu + FOTO

Hacıbala Abutalıbovun təşəbbüsü donduruldu + FOTO
19-10-2017, 14:36

2014-cü ildə Bakıdakı dövlət bağçalarına vahid geyim paylandığını yəqin ki, əksəriyyət xatırlayır. Qırmızı köynək və göy rəngli şalvardan ibarət olan vahid formanın bağça daxilində istifadəsi nəzərdə tutulmuşdu.

Amma hazırda bağçalarda həmin formalar nəzərə çarpmır...

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hələlik vahid formaların tətbiqi dayandırılıb:

“Bu təşəbbüs hörmətli merimiz Hacıbala Abutalıbov tərəfindən irəli sürülüb. Hazırda müəyyən iqtisadi çətinliklər səbəbindən bağçalara forma verilmir. Amma ümid edirik vahid formanın tətbiqi tezliklə bərpa olunacaq”.
Hacıbala Abutalıbovun təşəbbüsü donduruldu + FOTO
Hacıbala Abutalıbovun təşəbbüsü donduruldu + FOTO

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.