Uşaq bağçalarına yararsız ərzaq verilib - İH hərəkətə keçdi
Ötən gün Bakı şəhərindəki Məktəbəqədər təhsil müəssisələrinin ərzaq təminatını həyata keçirən bəzi qurumlar tərəfindən paytaxtın bir sıra uşaq bağçalarına standartlara uyğun olmayan ərzaq verilib.
Bakı Şəhər İcra Hakimiyətindən daxil olan xəbərdə bildirilir ki, məsələ ilə bağlı yerlərdən Bakı Şəhər İcra hakimiyyətinə daxıl olan məlumatlara əsasən dərhal Bakı Şəhər İcra hakimiyyəti və Məktəbəqədər təhsil və uşaq evləri idarəsinin əməkdaşları müxtəlif uşaq bağçalarında olub, həmin ərzaqların qida hazırlanmasına verilməsinin qarşısı alınıb, onların tam şəkildə geri qaytarılaraq yerinə keyfiyyətə uyğun ərzaqlarla əvəz olunması təmin edilib.
Məsələnin ciddiliyi nəzərə alınaraq Şəhər İcra Hakimiyyətində operativ müşavirə keçirilib, Məktəbəqədər təhsil müəssisələrinin ərzaqla təminatının vəziyyətinin yerində araşdırılması üçün Komissiya yaradılıb, bu işlərdə prinsipiallıq göstərməyən bir neçə bağça müdirəsinə töhmət verilib, Bakı Şəhər Məktəbəqədər təhsil və uşaq evləri idarəsinin rəhbərliyi ciddi xəbərdarlıq edilib. Müşavirədə xüsusi olaraq qeyd olunub ki, uşaqlar hər zaman ən keyfiyyətli ərzaqlarla təmin olunmalı və bu məsələlərə çox ciddi nəzarət edilməlidir. Bununla əlaqədar Yeni il ərəfəsində bağçalara verilən ərzaqların keyfiyyəti və çeşidlərinin artırılması üçün əlavə tədbirlər görülür.
Eyni zamanda Bakı şəhərindəki Məktəbəqədər təhsil müəssisələrinin ərzaq təminatını həyata keçirən qurumların rəhbərləri Şəhər İcra Hakimiyyətinə dəvət olunaraq məsələ ilə bağlı xəbərdarlıq ediliblər.
Hazırda Komissiya tərəfindən bağçalardakı ərzaqların keyfiyyətinin yoxlanılması ilə bağlı reydlər keçirir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?