Bakıda vahid məktəbli forması ilə bağlı YENİ XƏBƏR
Vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək.
Bunu Təhsil Nazirliyinin İnformasiya şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun əməkdaşı Billurə Hacızadə bildirib.
Onun sözlərinə görə, yeni tədris ilində ümumi təhsil müəssisələrində məktəbli formasının tətbiqində dəyişiklik olmayacaq. Vahid məktəbli formasının 2020-2021-ci tədris ilindən tətbiqi nəzərdə tutulur.
Təhsil Nazirliyində qeyd olunan məsələ ilə bağlı İşçı qrupu yaradılıb. Bununla əlaqədar Bakı Tikiş Evinə müraciət olunub, hazırda müvafiq işlər aparılır, dizaynerlər tərəfindən formaların ilkin variantı hazırlanmaqdadır. Yeni məktəbli formasının dizayn layihəsi ictimai rəyə çıxarılacaq, bu zaman valideyn, müəllim və şagirdlərin rəyinə üstünlük veriləcək.
Yekun rəydən sonra 2020-2021-ci tədris ilindən ölkənin ümumtəhsil məktəblərində yeni vahid məktəbli forması tətbiq olunacaq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...