SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bakıda bağçalara uşaq qəbulu dayandırılıb

Bakıda bağçalara uşaq qəbulu dayandırılıb

Tarix:

20-02-2021, 09:45

/ 875 dəfə oxundu.
Bakıda bağçalara uşaq qəbulu dayandırılıb

Məktəbəqədər təhsil müəssisələrində (uşaq bağçaları) uşaq qəbulu müvəqqəti dayandırılıb.

Bağça rəhbərləri və müəllimlərin vaksinasiyası başa çatana qədər məktəbəqədər təhsil müəssisələrində yeni uşaqlar qəbul edilməyəcək. Daha sonra epidemioloji vəziyyətdən asılı olaraq məsələyə baxılacaq.

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, uşaq bağçaları fevralın 15-dən fəaliyyətini bərpa edib.

Şərhlər

XƏBƏR LENTİ