XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Başsız qalan Yasamalda Səməd İslamov özünü başçı elan edib — NONSENS

Başsız qalan Yasamalda Səməd İslamov özünü başçı elan edib — NONSENS

Başsız qalan Yasamalda Səməd İslamov özünü başçı elan edib — NONSENS
10-10-2017, 09:54

Yasamal rayon İcra Hakimiyyətində olduqca maraqlı və təhlükəli vəziyyət yaranıb.
İcra Hakimiyyəti başçısının I müavini Səməd İslamov 5 oktyabr Müəllimlər Günü ilə bağlı məktəb direktorlarına verdiyi fəxri fərmanlarda özünü rayonun icra başçısı kimi təqdim edib.
Halbuki, Yasamal rayon İcra Hakimiyyətinə yeni icra başçısının təyinatı Prezidentin səlahiyyətində olan məsələdir və bununla bağlı hər hansı sərəncam verilməyib
Belə bu durumda isə olduqca qəribə vəziyyət yaranır… Görünür, hörmətli Səməd İslamovun icra başçısı olmaq arzusu ona o qədər güc gəlib ki, hətta Prezident sərəncamı olmadan belə özünə yeni “təyinat edib”….
Qeyd edək ki, Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev Prezident İlham Əliyevin 1 iyul 2017-ci il tarixli sərəncamı ilə tutduğu vəzifədən azad edilib.

Editor.az
Başsız qalan Yasamalda Səməd İslamov özünü başçı elan edib — NONSENS
Başsız qalan Yasamalda Səməd İslamov özünü başçı elan edib — NONSENS

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.