Prezidentin işdən çıxartdığı icra başçısını kim əvəz edir?
Prezident İlham Əliyevin 1 iyul 2017-ci il sərəncamı ilə Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev vəzifəsindən azad olunub. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov onun vəzifədən uzaqlaşdırılma səbəbinin dövlət başçısının tapşırğının əksinə olaraq, yeni binanın tikintisi başa çatmamış Hacı Cavad məscidinin sökülməsi barədə özbaşına qərar verməsi olduğunu açıqlayıb.
Xatırladaq ki, icra başçısı həm də jurnalsitlərlə kobud rəftarı ilə ilə də hər zaman gündəmdə olub. Çoxları düşünür ki, onun postundan uzalaşdırılması kütləvi informasiya vasitələrinin nümayəndələrinə qarşı kobud münasibət sərgiləyən digər məmurlara da dərs olmalıdır.
Qeyd edək ki, hələlik İcra Hakimiyyətinə yeni başçı təyin edilməyib.
Yasamal rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Ədalət Xəlilov bildirib ki, hazırda başçı vəzifəsini İcra Hakimiyyəti başçısının I müavini Səməd İslamov icra edir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...