Hakim və prokuror MTN generalı ilə razılaşdı
Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş MTN-in daha bir generalı Elçin Quliyev və onun əməkdaşı polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Elbəyi Allahverdiyevin icraatında olan prosesdə zərərçəkmişlər - Mətləb Mustafayevin və Yalçın Abdullayevin epizodu üzrə şahidlər dindirilib.
Sonra Elçin Quliyev ifadələrin yekunlaşdırılmasını, istintaqın tamamlanmasını və çıxışlara başlanılmasını təklif edib. Hakim və prokuror bu təkliflə razılaşsa da, M.Mustafayev əlavə şahidlərin dindirilməsini istəyib.
E.Allahverdiyev bu barədə növbəti iclasda qərar veriləcəyini bildirib.
Proses oktyabrın 2-də davam etdiriləcək.

İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?
Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video
Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Putin İlham Əliyevi təbrik etdi
Günəşi sağıma, Ayı soluma qoysanızda təyyarəyə minmərəm
Azərbaycan nefti ucuzlaşıb