XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Deputat Hacı Qalibin həbsini tələb edir - Məhkəməyə müraciət edəcək

Deputat Hacı Qalibin həbsini tələb edir - Məhkəməyə müraciət edəcək

Deputat Hacı Qalibin həbsini tələb edir - Məhkəməyə müraciət edəcək
21-09-2017, 11:05

Milli Məclisin üzvü Çingiz Qənizadə keçmiş həmkarı, son günlər mətbuatda ona qarşı ağır ittihamlar səsləndirən Hacı Salahzadəni xüsusi ittiham qaydasında məhkəməyə verməyə hazırlaşır.

Bu barədə açıqlama verən deputat bildirib ki, artıq vəkilləri ilə müqavilə bağlayıb, Qalib Salahzadəni məhkəməyə verərək həbsini tələb edəcək.

Onun sözlərinə görə, Hacı Qalib mətbuata müsahibəsində şərəf və ləyaqətini təhqir edib, ona qarşı böhtan atıb:

"Hacı Qalib mənim nə vaxtsa ondan 30 min dollar rüşvət aldığımı deyib, eyni zamanda keçmişimlə bağlı şərəf və ləyaqətimə təhqir olan sözlər səsləndirib. Bu ittihamlara cavab verməlidir”.

"qafqazinfo”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.