SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Yasəmən Qaraqoyunlu: Problemə AMEA deyil, dövlət başçısı cavab verməlidir

Yasəmən Qaraqoyunlu: Problemə AMEA deyil, dövlət başçısı cavab verməlidir

Tarix:

19-09-2017, 16:31

/ 57 791 dəfə oxundu.
Yasəmən Qaraqoyunlu: Problemə AMEA deyil, dövlət başçısı cavab verməlidir

Mənim müraciətim prezidentə olub''

AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı Yasəmən Qaraqoyunlunun prezident İlham Əliyevə müraciətində sonra institutun direktoru İlham Məmmədzadə onu qəbul edib.

Bu barədə Meydan TV-yə Yasəmən Qaraqoyunlu məlumat verib.

Yasəmən Qaraqoyunlunun iyulun 28-də prezident İlham Əliyevə açıq məktub göndərib.

O, müraciətində sosial vəziyyətinin acınacaqlı olduğuna, kirayədə qaldığına və ümumiyyətlə, elm adamlarının ağır vəziyyətdə yaşadığına diqqət çəkmişdi.

Y.Qaraqoyunlu deyir ki, hələlik ona təzyiqlər yoxdur, amma onun prezidentə müraciəti akademiyanın rəhbər orqanlarında müzakirə edilib:

"Direktor İlham Məmmədzadə ilə söhbət etmişik, söhbətimiz yaxşı alındı. Görünürdü ki, o, mənim vəziyyətimin yaxşı olmasına çalışır. Ancaq mən İlham müəllimdən heç nə istəmirəm, müraciətim prezidentə olub. Eyni zamanda, müraciətimlə bağlı akademiyanın Rəyasət Heyətində müzakirələr olub. Şöbə müdirimi və direktorumu həmin iclaslara çağırıblar. Müzakirələr bu gün də davam edir. Əlbəttə, mən detalları bilmirəm, çünki özümü çağırıb dinləmirlər".

Y.Qaraqoyunlu deyir ki, o, akademiyadan heç nə istəmir:

"Mən sosial problemlərimin həllini prezidentdən, dövlətdən istəyirəm və müraciəti də ona göndərmişəm. Akademiya elmi müəssisədir, orda mənim elmi yazılarım, müdafiə işim müzakirə oluna bilər, sosial problemlərim yox. Ona görə qaldırdığım problemə AMEA deyil, dövlət başçısı cavab verməlidir".

Şərhlər

XƏBƏR LENTİ