İsa Həbibbəyli alimləri DÖYÜR?
Zaman-zaman bir çox elm adamlarının həddindən artıq zəhmli olması barədə söhbətlər dolaşır. Təbii, bu onunla bağlıdır ki, elm adamları daima elmi axtarışlar, araşdırmalar, yeniliklərin üzə çıxarılması üzərində çalışır.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, parlamentin Elm və təhsil komitısinin sədri İsa Həbibbəyli də professor, əməkdar elm xadimi kimi çox yaxşı tanınır.
Lakin belə iddia edənlər var ki, AMEA-da yaşlı və gənc alimlər İsa Həbibbəylidən çəkinir. Səbəb kimi İsa Həbibəylinin zəhmli olması göstərilir, hətta alimlərə fiziki zor tətbiq etməsi göstərilir.
Bütün bunları nəzərə alaraq İsa Həbibbəyli ilə əlaqə saxladıq. O, açıqlamasında ilk dəfədir ki, haqqında bu cür fikirlər eşitdiyini bildirib.
“Düzü, ilk dəfədir ki, haqqımda bu cür sözlər eşidirəm. İddiaların tam əksinə olaraq gəncliyimizə, alimlərimizə hörmətlə yanaşıram. Məlumat üçün deyim ki, nə Naxçıvan Dövlət Universitetində, nə də Akademiyada çalışanda belə rejimlə fəaliyyət göstərmişəm. Hər gün akademiyadakı gənclərimizi, alimlərimizi qəbul etmişəm və indi də edirəm. İşimə həm tələbkarlıqla yanaşıram, həm də alimlərimizə böyük diqqət və qayğı göstərirəm”.
Ümumiyyətlə, elm adamlarının həddindən artıq zəhmli olmasına gəlincə, vitse-prezident AMEA-nın qaydalarla idarə olunmasını vurğulayıb.
“Akademiyada qayda budur ki, yekun qərarları AMEA-nın Rəyasət Heyəti kolleqal şəkildə qəbul edir. Çünki burada bir adam qərar qəbul etmir. Akademiyanın strukturu belədir. Ali məktəblərdə Elmi şura, akademiyada isə Rəyasət Heyəti qərarları qəbul edir. Biz Rəyasət Heyətində təkliflərimizi səsləndiririk, fikirlərimizi bildiririk. Ümumiyyətlə, bu cür məsələlər kiminsə şəxsi mülahizələridir və mənim iş prosesimə aid deyil.
Biz idarəçiyik. Akademiyanın idarəetmə heyətinə daxil olan adamlarıq. Bizim fəaliyyətimizdə tələbkarlıq da, prinsipiallıq da, qayğı da var var”

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək