XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Aydın Əliyev vəzifəsindən alınır - Yeni kadr dəyişikliyi

Aydın Əliyev vəzifəsindən alınır - Yeni kadr dəyişikliyi

Aydın Əliyev vəzifəsindən alınır - Yeni kadr dəyişikliyi
4-09-2017, 10:41

Dövlət Gömrük Komitəsinin (DGK) rəhbərliyində dəyişiklik gözlənilir. Bu barədə bilgili qaynaqlardan informasiya daxil olub.

Xəbəri verən mənbə iddia edir ki, DGK sədri Aydın Əliyevin yerinə hazırda sözügedən qurumda kifayət qədər nüfuz sahibi olan şəxslərdən biri təyin olunacaq. Mənbənin söylədikləri: "Bu barədə qərar əslində çoxdan verilmişdi. Sadəcə islahatlar səbəbindən bir qədər yubandı. İndi isə vaxt yetişib".

Mənbə iddia edir ki, Aydın Əliyevə gəlincə isə, onun Vergilər Nazirliyində işlə təmin olunması olanlaşdırılır.

Onu da bildirək ki, Aydın Əliyevin yerinə DGK rəhbərliyinə kimin gətiriləcəyi haqda redaksiyamızda dəqiq informasiya var. Sadəcə tam dəqiqləşmə apardıqdan sonra bu barədə daha geniş bilgiləri diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin.

DİA.AZ

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.