Azərbaycan hər zaman sülh gündəliyinə sadiqdir
Azərbaycan əməkdaşlığa və sülhə açıq siyasət yürüdən, regionda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsini prioritet hesab edən dövlətdir. Münxen Təhlükəsizlik Konfransında Azərbaycanın təmsil olunması da məhz regional və qlobal təhlükəsizlik gündəliyinə töhfə vermək məqsədi daşıyır. Prezident İlham Əliyev bu mötəbər tədbirdə iştirakı da təsadüfi deyildi. Ölkə başçısının qeyd etdiyi kimi ilk dəfədir ki, Münxen platformasında artıq sülh əldə etmiş dövlət başçısı kimi iştirak edir.
Almaniyaya səfəri çərçivəsində Prezidentin yerli media qurumlarına və France 24 telekanalına verdiyi müsahibələrdə də ölkəmizin mövqeyi aydın və prinsipial şəkildə ifadə olundu.
Dövlət başçısı regionda davamlı sülhün bərqərar olması, nəqliyyat-kommunikasiya xətlərinin açılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə bağlı mesajlar verdi. Prezidenti İlham Əliyev Münxendə “France 24” telekanalına verdiyi müsahibəsində Azərbaycanın mövqeyini sistemli və ardıcıl şəkildə təqdim edərək Azərbaycan–Ermənistan münasibətlərində formalaşan yeni mərhələni siyasi reallıq kimi qiymətləndirdi. Dövlətimizin başçısı vurğuladı ki, münaqişənin hərbi mərhələsi artıq başa çatıb və hazırda bölgədə sabitlik müşahidə olunur. Sərhəddə atəşkəsin qorunması, itkilərin olmaması və iqtisadi addımların atılması normallaşma prosesinin praktik nəticələridir və tərəflər artıq sülh şəraitində yaşamağa uyğunlaşır, proses müsbət istiqamətdə davam edir.
Bununla yanaşı dövlət başçısı yekun sülh sazişinin imzalanması üçün hüquqi məsələlərin həllini vacib hesab etdiyini bildirdi. Xüsusilə Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə zidd müddəaların dəyişdirilməsinin əsas şərt olduğunu qeyd etdi. Bu da onun təsdiqidir ki, rəsmi Bakı üçün davamlı və rəsmi sülh hüquqi əsaslarla möhkəmləndirilmiş sənəd deməkdir. Müsahibədə regional nəqliyyat layihələri və beynəlxalq tərəfdaşlıq məsələləri də müzakirə mövzusu oldu.
Prezident ABŞ ilə strateji əməkdaşlıq və yeni kommunikasiya xətlərinin açılmasını regionda iqtisadi inteqrasiyanı gücləndirən amillər kimi qiymətləndirdi. Bu baxımdan sülh yalnız təhlükəsizlik müstəvisində deyil, həm də iqtisadi əməkdaşlıq, qarşılıqlı asılılıq vasitəsilə möhkəmlənir və davamlılığını təmin edir. Fransa ilə münasibətlərə toxunan Prezident bildirdi ki, yaranmış gərginliyin təşəbbüskarı Azərbaycan olmayıb. İkinci Qarabağ müharibəsindən əvvəl əlaqələr normal və əməkdaşlıq xarakteri daşıyıb, lakin sonrakı dövrdə Fransanın mövqeyi Bakıda narazılıq yaradıb. Dövlətimizin başçısı son görüşlərdən sonra münasibətlərin yenidən normallaşdırılması üçün imkanların yarandığına əminliyini ifadə etdi ki, bu da Azərbaycanın qarşıdurmadan daha çox dialoq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərə üstünlük verdiyini göstəricisidir.
Azərbaycanın beynəlxalq tədbirlərdə fəal iştirakı və ölkəmizin başçısının müsahibələrdə səsləndirdiyi fikirlər göstərir ki, rəsmi Bakı regional təhlükəsizlik məsələlərində məsuliyyətli mövqe tutur və sülh gündəliyini qlobal müstəvidə ardıcıl şəkildə təşviq edir.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası

Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır
Elbrus dağına dırmaşan iki alpinist yıxıldı - Ölən var