Deputatın tikdiyi evlər ÇAT VERİB - BU NƏDİ BELƏ?
“Qobu Park-2” yaşayış kompleksində vətəndaşlar yaşadıqları mənzillərin divarlarının çatlamasından narazıdılar. Aidiyyəti qurumlar problemi müvəqqəti çıxış yolunu divarlara sement vurmaqda görsələr də, sakinlər bununla razılaşmırlar.
Bu barədə danışan sakinlərin sözlərinə görə, yeraltı qrunt suları binanın bünövrəsini yumşaltdığı üçün əyilmələr yaranır.
Sözügedən hal yekunda divarlarda çatların meydana gəlməsi ilə nəticələnir.
Qeyd edək ki, sözügedən binaların inşası başında deputat Ağalar Vəliyevin dayandığı "Kristal Abşeron" tərəfindən həyata keçirilib.
Yəni yenə də Ağalar Vəliyev... Yenə də "Kristal Abşeron"...
"DİA-AZ"

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək