“Neptun”da müştərilər belə aldadılır- Fotofakt
Redaksiyamıza vətəndaş tərəfindən fotofaktla alış-veriş etdiyi “Neptun Supermarket”də aldığı çayın vitrində ayrı, kassada isə ayrı qiymətə olduğunu əks etdirən müraciət daxil olub.
Bildirək ki, bu kimi hallar zaman-zaman müxtəlif media subyektləri vasitəsilə gündəmə gətirilib. Bəzi marketlər “ucuz qiymət” və yaxud “endirimli qiymət” adı ilə alıcı cəlb etməyə səy göstərir. Belə edərək də müştəriləri aldadırlar. Belə ki, vitrindəki qiymətlərlə kassadakı qiymətlər uyğun gəlmir. Bunu isə yalnız hüquqlarını bilən, diqqətli olan, malı aldıqdan sonra qəbzdəki qiymətlə müqayisə edən alıcılar aşkar edə bilirlər.
Xalq-a daxil olan məlumatlarda qeyd edilir ki, vətəndaş Nəsimi rayonu Tbilisi pr. fəaliyyət göstərən Neptun Supermarketindən “Berga”çayını vitrində 6.35 manat olmasına baxmayaraq pndan 6.41 manat pul çıxıblar kartından. Yəni vitrin qiymət ayrı göstərilir amma kassada ayrı qiymət hesablanır.
İlk baxışda məbləğ arasındakı fərq çox da böyük olmasa belə, bu kimi hallar istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilir. Həm də, nəzərə alsaq ki, müştəri hər məhsulda 5-10 qəpik aldadılır, belə olan halda Neptun Market kimi yetərincə dövriyyəsi olan bir şəbəkədə bu 5-10 qəpik haralara gedib çıxar hesablaya bilmirik
.Vətəndaş məsələ ilə bağlı aidiyyəti qurumların – xüsusilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məsələni araşdırmasını tələb edir.
“Neptun” Marketdən məsələ ilə bağlı heç bir açıqlama almaq mümkün olmadı,mövqelərini dərc etməyə hazırıq.
XalqXeber.Az


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...