SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Vergi Xidməti “Neptun Market”də baş verənləri görmür? - GİLEY

Vergi Xidməti “Neptun Market”də baş verənləri görmür? - GİLEY

Tarix:

10-03-2021, 11:03

/ 799 dəfə oxundu.
Vergi Xidməti “Neptun Market”də baş verənləri görmür? - GİLEY

Bizdə marketlərin də adı öz təyinatına uyğun gəlmir. Elə qəribə adlar tapıb qoyurlar. Məsələn, “Neptun Market”.
Görəsən, bu marketin sahibinin Neptunla bağlı birazca məlumatı varmı ..?
Məlumdur ki, Neptun qədim roma mifologiyasına görə, dəniz allahıdır. Düzdür, sonradan bu allah qədim yunanların Poseydonu ilə eyniləşdirilib.
İndi özünüz deyin dəniz allahı Neptunun bizim supermarketə nə dəxli var..?
Gərək belə əzəmətli adın arxasında möhtəşəm işlər olsun. Amma…Neptun supermarketində satılan bulkanın içindən şurup çıxmışdı. Deyirəm yaxşı ki, 100-lük mıx-mismar çıxmayıb.
Sonra Neptun marketin alıcıları şikayət edir ki, marketdə satılan ərzaqların üstündə milçəklər qaynaşır, vızıldaşır.
Marketdə məhsulların rəflərdəki qiyməti ilə kassadakı qiyməti arasında xeyli fərq var, yəni alıcıları aldadırlar. Bu heç allah adına yaraşan əməldir, ay Neptun allahı sizə qənim olsun.
Marketdə daha ciddi problemlər də var.
Şikayətçilər yazır ki, “Neptun” marketdən alış-veriş edib, göstərilən məbləği ödəsək də, bizə verilən qəbzin üstündə nə VÖEN, nə tarix, nə də alış-verişə xərclənən pulun aydın göstərilmədiyini gördük. Bunu tələb edəndə üstümüzə mühafizənin qoçusu gəldi...
Bəli, Neptun market şəbəkəsi vergidən yayınır, alıcıları incidir, istehlakçıların hüquqlarını pozur.
Bəs, görəsən, Vergilər Nazirliyi hara baxır ?
Bəs, narazı alıcılar kimə şikayət etsin ?
Neptun marketinin rəhbərliyi narazı müştərilərə deyir ki, get hara istəyirsən şikayət elə...
Bəlkə Neptuna yox, bir olan Allahımıza şikayət etsək, daha düzgün olar //gundelik-baku.com//

Şərhlər

XƏBƏR LENTİ