Bu `OBA`da bizim qanunlar işləmir... - "Biz belə sata bilmərik...."
""Oba" marketə alış veriş etmək üçün getdim, konfet satılan yerlərə baxdım gördüm, bütün konfetlər endirimdədir. Hər kiloqramda ən azı 2-3 manat endirim... Hərəsindən az-az götürdüm, 25 manatlıq konfet aldım və kassaya yaxınlaşdım kassada isə başqa qiymət dedilər..." DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Ramazan Hacıoğlu adlı istifadəçi giley edir.
Daha sonra narazı vətəndaş yazır: "Həmin konfetlərin qiyməti 41.80 manat elədi. Etiraz edərək dedim ki, bəs vitrində qiymətlər fərqli, kassada fərqli... Dedilər ki, sistemə oturmayıb, biz belə sata bilmərik...."
Dia.az bildirir ki, narazı vətəndaş anoloji olayı bir başqa marketdə də yaşadığını xatırladır: "Bir dəfə də belə bir şey olmuşdu... "Grandmart"da alış-veriş etmişdim... Kassada qiymət başqa oldu... baha oldu. Müdiriyyət yaxınlaşdı mənə, həmin aldığım məhsulları mənə pulsuz verdi.
Orda belə bir qayda var kassada ayrı qiymət olursa, baha olursa, həmin almaq istədiyin məhsulu sənə pulsuz verirlər.
"Oba"da isə dedilər ki, endirim belə edə bilmərik..."
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?