SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Hakan Fidan ABŞ-yə səfər edəcək

Hakan Fidan ABŞ-yə səfər edəcək

Tarix:

24-03-2025, 14:27

/ 206 dəfə oxundu.
Hakan Fidan ABŞ-yə səfər edəcək

 Türkiyənin xarici işlər naziri Hakan Fidan martın 25-26-da Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edəcək.

Bu barədə “Report”un Ankara bürosuna Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat Xidmətindən verilən məlumatda bildirilib.

Qeyd olunub ki, H.Fidanın ABŞ Dövlət katibi Marko Rubio və digər rəsmilərlə görüşü planlaşdırılır.

Səfər çərçivəsində iki ölkə arasında əlaqələr, eləcə də Türkiyə Prezidentinin ABŞ-yə səfəri ilə bağlı müzakirələr aparılacaq.

Bundan əlavə, Ukrayna və Fələstindəki vəziyyət, eləcə də Suriyadakı hadisələr başda olmaqla, iki ölkəni maraqlandıran regional inkişaflar və bu kontekstdəki əməkdaşlıq imkanları qiymətləndiriləcək.

Şərhlər

XƏBƏR LENTİ