XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Kürdəxanı "türməsi" harın nəvənin gəlişinə hazırlandı - İDDİA

Kürdəxanı "türməsi" harın nəvənin gəlişinə hazırlandı - İDDİA

Kürdəxanı "türməsi" harın nəvənin gəlişinə hazırlandı - İDDİA
8-08-2017, 09:45

Xəbər verildiyi kimi, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Ehsan Zahidov Bakının Heydər Əliyev prospektində “Mercedes Gelandewagen” markalı avtomobilin törətdiyi dəhşətli qəzanin təffərüatları və istintaqın gedişi haqda KİV-ə ətraflı açıqlama vermişdir. Aparılmış zəruri istintaq tədbirləri nəticəsində qəzanın baş verdiyi ərazidə müşahidə kameralarının görüntüləri araşdırılıb və “Mercedes Gelandewagen” markalı tomobilin sükanı arxasında məhz vətəndaş Nail Allahverdiyevin olduğu müəyyən edilib. Adı çəkilən sürücü cinayət məsuliyyətinə cəlb olunaraq barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun artıq bu gün Ədliyyə Nazirliyinin Kürdəxanı İstintaq Təcridxanasına aparıldığı bildirilir.
Xatırladaq ki, Nail Allahverdiyev baş nazirin müavini Əli Həsənovun nəvəsidir. Daha öncə KİV və qorxunc qəzanın şahidləri dəfələrlə bildirmişdilər ki, məhz o, avtomobilin sükanı arxasında olub və insanların ölümünə gətirib çıxarmış qəzanı törədib. Hansı ki, qəza nəticəsində 2 nəfər ölmüş, 2 nəfər Türkiyə vətəndaşı isə ağır yaralanmışdır, vəziyyətləri olduqca ağırdır.

"Kürdəxanı Təcridxanasının rəhbərliyi 2 gündür səfərbər olaraq Nail Allahverdiyevə lüks şərait yaratmaqla məşğuldur"

Belə bir məktubla müraciət edən, adının çəkilməsini istəməyən təcridxana əməkdaşı şok faktları açıqlayıb: "...Əvvəla onu deyim ki, vicdanımın səsi ilə susa bilmədim. Bilirsiniz ki, "Kürdəxanı İstintaq Təcridxanası" kimi tanınan 1 saylı Bakı İstintaq Təcridxanasının rəisi Azər Seyidov vəzifəsindən düz 1 il əvvəl, 2016-cı ilin avqustun 1-də işdən azad olundu. Onun yerinə isə əvvəl rəis müavini olan Rəşid Səfərov təyin olundu. Düz 1 ildir ki, hamı əvvəlki rəislərin atasına rəhmət oxuyur. Təxminən bir ay əvvəl ƏN-nin Penitensiar Xidmətində 2017-ci ilin birinci yarımilliyinin yekunlarına həsr olunan əməliyyat müşavirəsi keçirildi. Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi Ceyhun Həsənov tədbiri açaraq, ətraflı çıxış etdi, Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 12.07.2017-ci il tarixdə keçirilmiş 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə qaldırılan məsələlərlə bağlı ədliyyə orqanlarının üzərinə düşən vəzifələrin icrası istiqamətində bir sıra kompleks tədbirlərin nəzərdə tutulduğunu bildirdi. Bu tədbirlərdən ən vacibi o idi ki, Penitensiar xidmətin ayrı-ayrı idarə rəisləri və cəzaçəkmə müəssisələrinin rəhbərlərinin çıxışları dinlənildi. Bizim rəis də danışmışdı, deyilənə görə korrupsiyaya qarşı mübarizədən, istintaq altında yatan məhkumların arasında ayrı-seçkiliyə son qoyulmasından danışıb. Lap yekunda əməliyyat müşavirəsinə yekun vuran ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənov məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının daha etibarlı təmini, əməliyyat-axtarış və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, rejim və davranış qaydalarına dönmədən riayət olunması, qanunsuz əşyaların ötürülməsi və dövriyyəsinin qarşısının alınması məqsədilə preventiv tədbirlərin həyata keçirilməsinə dair tapşırıqlar verib. O, nizam-intizamın gücləndirilməsi, islah və tərbiyə işinin səmərəliliyinin artırılması, penitensiar müəssisələrdə istehsalat sahələrinin genişləndirilməsi və kadrlarla işin təkmilləşdirilməsi istiqamətində səylərin artırılmasının, özbaşınalıq, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, korrupsiya halları ilə mübarizənin daim diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulayıb, təkrarən tapşırıqlarını verib. Bu tapşırıqların heç mürəkkəbi qurumamış 1 saylı Təcridxananın rəisi, ədliyyə polkovniki Rəşid Səfərov öz bildiyini etməyə başladı... Təsəvvür edirsinizmi, 2 gündür ki, təcridxananın personalı səfərbər olaraq Baş nazirin müavini Əli Həsənovun avtoşluq edərək 2 nəfərin ölümünə, 2 nəfərin ağır yaralanmasına bais olmuş Nail Allahverdiyevə lüks şərait yaratmaqla məşğuldur. Təxminən 30-40 min manata başa gələn bu lüks şəraitə kondisionerli, televizorlu, mobil telefonlu, super şəraiti, super ərzağı olan otaq daxildir. Azərcell-dən yoxlasınlar, Nail hər gün atası və babası, dostları ilə danışır. Ona görə ki, o, Baş Nazirin müavininin nəvəsidir... Sağ olsun, təcridxananın rəisi Rəşid Səfərov, müavin Yaşar müəllim də bunu nəzərə alıb. Axı ayıb olar ki, altında 6-7 lüks maşın kolleksiyası olmuş 21 yaşlı avtoş birdən-birə şəraitsiz yerə düşər, halı bu istidə pis olar. O biri məhkumlar və təqsirləndirilənlərin canı isə it canıdır, dözərlər... İstərdim ki, bunları ədliyyə naziri Fikrət Məmmədov da bilsin ki, Rəşid Səfərov komandasına da tapşırıb ki, nazir Əli Həsənovun xahişini nəzərə alaraq belə tapşırıb, Nail baladan muğayat olun, xətrinə dəyməyin... Təsəvvür edirsinizmi, Prezident İlham Əliyev belə məmur balalarını və önların övladlarını-nəvələrini bağışlamır, bunlar isə Prezidentdən xəbərsiz əks fəaliyyətlə məşğuldurlar. Cənab Prezident mətbuatı oxuyur, inanıram ki, bu xəbəri oxuyub belə bir ayrıöseçkiliyi bağışlamayacaq."

Bakı İstintaq Təcridxanasında dəhşət?

Şikayətçinin bizə göndərdiyi aşağıdakı yazını da istinadla təqdim edirik:
"...Zaman-zaman Azərbaycandakı həbsxanalarla bağlı müxtəlif xəbərlər gündəmə gəlir və təssüf ki, bu xəbərlər heç də ürəkaçan olmur. İllər öncə hətta həbsxanalardakı durumun ağır olmasına görə məhbuslar kütləvi şəkildə etiraz edirdi və bu etirazlardan birində hətta təlafatda olmuşdu. Amma sonra aparılan islahatlar nəticəsində müəyyən irəliləyişlər oldu, məhbusların durumu nisbətən yaxşılaşdırıldı. Amma deyəsən vəziyyət yenə də yaxşı deyil. Belə ki, həbsdə olani məhbus, AZEL.TV saytının baş redaktoru Efqan Sadıqov hüquq müdafiəçisi Oktay Gülalıyevə məktub yazaraq Bakı İstintaq Təcridxanasında baş verənlərə aydınlıq gətirib. Məktubda yazılır ki, Kürdəxanı həbsxanasının rəisi Rəşid Səfərov elə qaydalar tətbiq edib ki, bu bir başa məhbusların durumunu çıxılmaz hala gətirir. Məsələn, məhbusun yazdığına görə valideyn və ailə üzvləriylə məhbusun qısa görüşü üçün 150-200 manat pul ödəməlisən. Bundan başqa ;
– Kamerada “pletka” işlədilməsinə icazə üçün hər ay üçün 100 manat;
– Dustaq yanına göndərilən puldan və dustaqların etap üçün Kürdəxanıdan çıxarıldığı və gətirildiyi vaxt axtarış (şmon) otaqlarından yoxlanışdan keçirildiyində üstdən çıxan puldan təxminən 15-20%-i götürülür;
– Evə zəng vurmaq istəyəndə 5 manat ödənilir;
– Televizorda yalnız Az.tv göstərilir. Başqa kanallara baxmaq istəsən isə 150 manat ödəyir və bundan sonra 30 manatlıq aparat quraşdırılır;
– Həbsxanadan cəzaçəkmə müəssisənin göndərilmə(bölgü) vaxtı hər müəssisənin şərait və yerinə görə qiyməti 100-500 manat arası dəyişir;
– Büdcədən dustaqların gündəlik xərcləri üçün ayrılan pulların əvəzinə verilən yeməklər sadəcə olaraq qreçqa (papuqay yeməyi), yaxud perlova olur;
– Günorta yağsız, ətsiz sup. Qarox, makaron, düyü, perlova supu verilir;
– 8 nəfərlik kameraya 12-15 nəfər salınır. “Prostina, balış üzülər” dəyişdirilmir. Hər ay 12-15 nəfərlik kameraya 1 dəfə ümumi 1 kq yağ, 1kq şəkər tozu verilir (payok);
– Qap-qara, içi çiy olan çörək verilir. Çörəyi sıxanda damcı-damcı su süzülür. Dustaqları mədə qıcqırması (joqa) xəstəliyinə salırlar;
Təcridxanasında mağazada qiymətlər isə belədir;
– Bayırda 1 litirlik duru yağ (3man), Kürdəxanıda 4.50man.
– 0.50 qəpiklik əl-üz sabunu 1.50 manat.
– Qalina blanka 1 ədəd-0.50 qəpik.
– 1 qutu (5ədəd) göy paltar sabunu-5 manat.
– 0.50 qəpiklik dəftər-2 manat.
– 5-6 manatlıq kolbasa-12 manat.
– Qatılaşdırılmış süd(skuşonka)-3 manat.
– Kofe 1 ədəd-0.60 qəpik.
– 0.60 qəpiklik makoron, vermeşil-1.80 manat.
– Toyuq 8 manat. Yumurta(zavod)0.30 qəpik.
– Qələm 0.20 qəpiklik-0.60 qəpik.
– Krassvord-1 manat.
– 1 litir qazsız su 0.80 qəpik. Və.s.
P.S. Yazıda adı çəkilənlərin mövqeyini dərc etməyə hazırıq.
10may.az"
Məsələyə dair 1 saylı Təcridxananın rəhbərliyinin mövqeyini öyrənməyə cəhd etməkdəyik...
Mövzuya qayıdılacaq.

"Təzadlar"

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.