SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bərdədə gərək, xəstə yıxılıb ölə ki həkimlər hərəkətə keçsin... - FAKT BUDUR!

Bərdədə gərək, xəstə yıxılıb ölə ki həkimlər hərəkətə keçsin... - FAKT BUDUR!

Tarix:

20-09-2024, 10:34

/ 1 612 dəfə oxundu.
Bərdədə gərək, xəstə yıxılıb ölə ki həkimlər hərəkətə keçsin... - FAKT BUDUR!

"21.08.2024 -cü il tarixində qəfil halım pisləşdi Bərdə Rayon Mərkəzi Xəstəxanasına yaxınlaşıb qeydiyyatdan keçib növbə aldım. Birinci növbə mənim idi 40 dəqiqə cərrah Elnurə Əliyevanı gözlədim TƏBİB-in qaynar xəttinə zəng edib şikayəti bildirdikdən sonra Elnurə Əliyeva gəlib məni yoxladı və dedi ki, Otorinolarinqoloqa müraciət edin. Otorinolarinqoloqın isə limiti bitmişdi mənim ağrılarım isə çox idi..." Dia-az.İnfo xəbər verir ki, bunu öz gileyində Vüsal Hümbətzadə ifadə edib.
Narazı vətəndaş daha sonra yazır: "Bərdə Rayon Mərkəzi Xəstəxanasının təcili təxirəsalınmaz tibbi yardım stansiyasına müraciət etdim. Amma təcili təxirəsalınmaz tibbi yardım stansiyasından mənə lazımı xidmət göstərilmədi. TƏBİB-in qaynar xəttinə zəng edib bu barədə şikayətimi bildirəndə həmin xəstəxananın mühafizəçisi məni qulaq asırmış və yaxınlaşıb mənə dedi ki, direktor indi gəldi maşında düşəcək istəyirsinizsə şikayətinizi direktora bildirin. Mən də yaxınlaşıb direktor Vüsal müəllimə dedim ki, boğulma, boğazda və başda ciddi ağrılarım var mənə cavab olaraq dedi ki, beyninizə qan sızma olsa acildən həkimlər müdaxilə edəcək. Mən də qayıdıb dedi ki, gərək beynimə qan sızsın... sonra müdaxilə edəsiniz. Qayıdıb mənə deyir ki, biz ancaq təcili təxirəsalınmaz tibbi yardım stansiyasında növbəsiz qazilərə xidmət edirik. Siz başqa şeyə görə bura gəlmisiniz, müxalifətsiniz. Mənim ağrılarım çox idi, mən əsəbi ola bilərdim amma bir Azərbaycan Respublikasının vətəndaşına hər hansısa xəstəxananın direktorunun "siz başqa şeyə görə bura gəlmisiniz, müxalifətsiniz" deməsi düzgün deyil. Mən Yeni Azərbaycan partiyasının üzvüyəm. Cənab prezidentin son zamanlar bir-birinin ardınca etdiyi müxtəlif çıxışlarda əsas diqqəti əhalinin incidilməməsinin üzərinə çəkib. Amma görünən odur ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasınım direktoru Vüsal Məmmədov bir Azərbaycan Respublikasının vətəndaşının incidilməsinə səbəb oldu.

Təbib isə məsələni ot basdır edib başqa cavab mənə göndərdi. Vüsal Məmmədov kimin adamıdır ki İlham Hüseynov onu müdafiə edir. Vüsal Məmmədovda Bərdə Rayon Mərkəzi Xəstəxanasını özəlləşdirib özünüdə elan edib oranın xanı. Vüsal Məmmədovun arxasında neçə xan dayanır onu bilmirəm, yəqin onlara güvənərək belə qoçuluq edir.

Şərhlər

XƏBƏR LENTİ