Bakıya xəstə gətirən təcili yardım maşını qəzaya düşdü
Bu gün Yardımlı Rayon Mərkəzi Xəstəxanasından Bakı şəhərindəki Respublika Klinik Xəstəxanasına xəstə aparan təcili yardım maşını Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndindən keçən hissəsində qəzaya uğrayıb.
Təcili yardım maşını qarşısında hərəkət edən KamAZ markalı yük maşınının arxa hissəsinə çırpılıb.
Qəza nəticəsində təcili yardım maşınında olan xəstə, onu müşayiət edən həkim və sürücü xəsarət almasalar da, avtomaşın əzildiyindən, yoluna davam edə bilməyib.
Ona görə də, Salyan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətindən çağırılmış təcili yardım maşını xəstə və həkimi ünvana çatdırıb.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub