SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Problem daha çox „Gavur qalası“ ərazisində hiss olunur... - GİLEY

Problem daha çox „Gavur qalası“ ərazisində hiss olunur... - GİLEY

Tarix:

29-06-2024, 14:25

/ 178 dəfə oxundu.
Problem daha çox „Gavur qalası“ ərazisində hiss olunur... - GİLEY

Srağagün Naxçıvanda əsən güclü külək elektrik xəttlərinin bir qismini sıradan çıxarıb. Bu xəttlərin bəzisi növbəti gün bərpa olunsa da, bir çoxunun təmiri gecikdirilir. Təmiri gecikdirilən xəttlər əsasən kənd ərazilərindədir. Belə kəndlərdən biri də Kəngərli rayon Şahtaxtı kəndidir. Kənd sakinlərinin „Gündəlik Naxçıvan“a verdikləri məlumata görə, iki gündür ki, işıqsız qalıblar.

Kənd sakini B.B. deyir ki, elektrik enerjisinin olmaması bir çox problemlərin yaranmasına səbəb olub:
“Güclü küləkdən sonra kəndin bir çox hissəsində elektrik xəttləri sıradan çıxmışdı. Dünən gəlib bir hissəsini düzəldib, getdilər. Bizim məhəllə isə, necədirsə, elə də qaldı. Aidiyyatı qurumlara dəfələrlə müraciət etsək də xeyri olmayıb. Hazırda Naxçıvanda 35 dərəcə istidir. Kondinsonersiz evdə oturmaq mümkün deyil. İşığın olmaması bundan əlavə bir çox məişət problemləri yaradır. Biz indi hansı əsrdə yaşayırıq ki, küləyə görə 2-3 gün, bəlkə də daha çox işıqız qalaq?”
Kənd sakinləri deyirlər ki, „Gavur qalası“ adlanan ərazinin yaxınlığında yerləşən bu məhəllə tez-tez bu problemlə üzləşir:
“Bizim məhəllənin elektrik xəttləri kökündən təmir olunmalıdır. Azacıq külək əsən kimi, sıradan çıxır. Başqa məhəllələrdə belə deyil. Buna bir əncam çəkilməlidir”.
Sakinlər bildirirlər ki, problemlə bağlı Energetika Nazirliyinə dəfələrlə müraciət etsələr də, heç bir nəticəsi olmayıb.

Gündəlik Naxçıvan


Şərhlər

XƏBƏR LENTİ