UNEC-in müəllimi ilə biznesmen 800 minlik qalmaqallı mənzilə belə sahiblənib-VİDEO
Son günlər medianın diqqət mərkəzində olan və dəyəri 800 min manat qiymətləndirilən mənzilin iki sahibkar tərəfindən necə ələ keçirilməsi ilə bağlı ətraflı araşdırma aparmışıq. Mustafayeva Məlahət adlı vətəndaş redaksiyamıza verdiyi eksklüziv videomüsahibədə iddia edir ki, Nərimanov rayonu Mirəli Qaşqay 94 mənzil 25 də olan 300 kvadrat metrə yaxın, dəyəri təxminən 800 min manat olan mənzili 221 min manat pula görə bir neçə nəfər əlbir olaraq ələ keçiriblər.
Bunlardan biri : iqtisadiyyat ünversitetinin (UNEC) müəllimi Vüsal Quliyev, digəri isə Eldar Əliyev adlı iş adamıdır. Onlara himayədarlıq edən isə Nərimanov rayon İcra probosiya şöbəsinin rəisi Zaur Abdullayevdir. Azinforum.az mənzilin ələ keçirilməsində adları hallanan hər iki şəxslə əlaqə saxlayıb. Vüsal Quliyev və Eldar Əliyev isə bildirirlər ki, ailənin başçısı Mustafayev Yaşar hər iki şəxsdən külli miqdarda pul götürüb qaytarmadığı üçün girov kimi qoyduğu ev müsadirə olunaraq hərrac vasitəsilə onların mülkiyyətinə keçib. Hər iki tərəfin mövqeyinin əks olunduğu həmin materialı təqdim edirik:(Azinforum.az)

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?