SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Erməni xalqının Avropa istəyi var - Paşinyan

Erməni xalqının Avropa istəyi var - Paşinyan

Tarix:

1-07-2024, 13:08

/ 188 dəfə oxundu.
Erməni xalqının Avropa istəyi var - Paşinyan

 Avropa Birliyinə daxil olmaq üçün referendumun keçirilməsini hazırda məqsədəuyğun hesab etmirəm, lakin Ermənistan xalqının Avropa istəyi var.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Birliyi və ABŞ səfirlərinin, beynəlxalq və ictimai təşkilatların nümayəndələrinin iştirak etdiyi “Erməni Demokratik Forumu”nun iclasında çıxışında deyib.

“Əgər referendum olsa, təşviqat aparmalıyıq. Belə olan halda insanlar bizə sual verəcəklər: Necə, nə vaxt, Avropa Birliyi istəyir, ya yox? İnsanlar Avropa Birliyinin bizi qəbul etməyə hazır olub-olmadığını soruşacaqlar. Bu suala cavab verə bilmərəm, çünki AB daxilində də proseslər gedir ki, bu da ən azı seçkinin nəticələri ilə bağlı suallar doğurur”, - Paşinyan bildirib.

Şərhlər

XƏBƏR LENTİ