Şirəliyevlər Neftçalanı işıqsız qoydu
Neftçala rayonundan daxil olan məlumata görə, rayonun mərkəzi, kənd və qəsəbələri dünən elektrik enerjisiz qalıb. Rayon sakinlərinin bildirdiyinə görə Vurğun Şirəliyev Neftçala elektrik şəbəkəsinə rəis təyin olunandan sonra rayonda elektrik enerjisi zamanı fasilələr artıb.
Bundan başqa şəbəkə rəisi bir çox evlərə yalançı borclar yazmaqla əhali arasında narazılıqları artırıb.
Əhalinin bildirdiyinə görə, sayğacların yerinin dəyişdirilməsi adı ilə qanunsuzluq edilir, belə ki, şəbəkənin işçiləri borcu olmayan abonentlərin sayğaclarının yerini dəyişməklə onlara 200-500 manat aralığında borclar yazırlar. Hazırda rayonda elektrik enerjisinin verilməsi bərpa olunmayıb.
Neftcala elektrik şəbəkəsindən Realliq.info-nun sorğularını cavablandırmayıblar. Redaksiyadan olan zənglərə “Biz heç bir məlumat verə bilmərik” deyə cavab verilib.
Xatırladaq ki , Neftçala elektrik şəbəkəsinin rəisi Vurgun Şirəliyev SOCAR “Kompleks Qazma İşləri Trestinin” rəisi İsgəndər Şirəliyevin qardaşıdır.
Mövzunu diqqətdə saxlayacağıq.
Realliq.info

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...