Noyabrın 2-də saat 01.00-dan 04.30-a qədər Xətai rayonu kənd Əhmədli yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.
Fasilələrin yaranmasına səbəb “Azərenerji” ASC-yə məxsus 110 kV-luq 8-ci km elektrik verilişi xətlərində aparılan təmir işləridir. Təmir işlərilə əlaqədar olaraq kənd Əhmədli yaşayış massivinin bir hissəsində - Neapol, Məhəmməd Hadi, Rahib Məmmədov, Xudu Məmmədov küçələrində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.
Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılardan üzr istəyir.