SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Dövlət Xidməti cərimə yazdı, direktor müavini narazı qaldı - TƏFƏRRÜAT

Dövlət Xidməti cərimə yazdı, direktor müavini narazı qaldı - TƏFƏRRÜAT

Tarix:

27-06-2024, 19:53

/ 290 dəfə oxundu.
Dövlət Xidməti cərimə yazdı, direktor müavini narazı qaldı - TƏFƏRRÜAT

Sabunçu Tibb Mərkəzinin direktor müavini Zeynal Bayramlı cərimlənib.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin Aran Regional Şöbəsi ona İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsi ilə cərimə yazıb.

Bu maddə işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsi ilə bağlıdır. Maddədə inzibati cəza növü kimi 700 manatdan 1500 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Zeynal Bayramlı qərardan məhkəməyə şikayət edib. Onun şikayətinə Nəsimi Rayon Məhkəməsində baxılacaq. Solmaz Mustafayeva iş üzrə hakim təyin edilib.

Zeynal Bayramlı Sabunçu Tibb Mərkəzinin direktor müavini vəzifəsinə bu günlərdə təyin edilib. Bu təyinata qədər o, Ucar Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb və iyunun əvvəllərində tutduğu vəzifədən azad edilib.

Ehtimal olunur ki, Zeynal Bayramlının cərimələnməsi onun Ucarda işlədiyi dövrdə baş verib. Cəriməni DƏMX-in Aran Regional Şöbəsinin yazması bu ehtimalı bir qədər də gücləndirir.(Qaynarinfo)

Şərhlər

XƏBƏR LENTİ