FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? - Elnar İmanov cərimələndi, narazı qaldı
Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi-Texniki Təchizat İdarəsinin rəisi Elnar İmanovla Dövlət Əmək Müfəttəişliyi Xidməti arasında qalmaqal yaranıb.
Qaynarinfo-ya daxil olan məlumata görə, buna səbəb dövlətə xidmətinin Elnar İmanovu cərimələməsidir.
Bildirilir ki, idarə rəisinə İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsi ilə cərimə yazılıb. Bu maddə işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsi ilə bağlıdır. Maddədə vəzifəli şəxslərin 1500 manatdan 2000 manatadək cərimə edilməsi nəzərdə tutulur.
Elnar İmanov dövlət xidmətinin qərarı ilə razılaşmayaraq məhkəməyə şikayət ərizəsi ilə müraciət edib. Onun şikayətinə Abşeron Rayon Məhkəməsində baxılacaq. İş hakim Vaqif Həsənovun icraatındadır. Mayın 10-na iş üzrə məhkəmə baxış iclası təyin edilib.
Elnar İmanov ötən ilin sentyabrında FHN-nin idarə rəisi təyin edilib. Bundan əvvəl o, nazirliyin Maliyyə-iqtisadiyyat Baş İdarəsinin rəis müavini və baş zabiti vəzifəsində çalışıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...