Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 25 faiz artıb
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu il iyunun 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 26 milyard 498,3 milyon manat təşkil edib.
Bu, aylıq müqayisədə 2 % çox, ilin əvvəlinə nisbətən 10,5 %, illik müqayisədə isə 24,5 % çoxdur.
Kredit qoyuluşunun 18 milyard 709 milyon manatı və yaxud 70,6 %-i özəl bankların payına düşüb. Bu, 1 il əvvələ nisbətən 13,9 % çoxdur.
Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 6 milyard 449,2 milyon manat təşkil edib. Bu, illik müqayisədə 52,5 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 19,9 %-dən 24,3 %-ə qalxıb.
Mayın sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 1 milyard 340,1 milyon manat olub. Bu, illik müqayisədə 2,1 dəfə çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 2,9 %-dən 5,1 %-ə çatıb.
Azərbaycanda 22 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 55-dir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır