SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » AQTA sahibkarı 2 maddə ilə cərimələdi – İş məhkəməlik oldu

AQTA sahibkarı 2 maddə ilə cərimələdi – İş məhkəməlik oldu

Tarix:

6-06-2024, 19:36

/ 1 010 dəfə oxundu.
AQTA sahibkarı 2 maddə ilə cərimələdi – İş məhkəməlik oldu

Azərbaycan Qida Təhlükəsizlik Agentliyi (AQTA) Bioloji Təbabət Klinikasının və “Planeta” şirkətinin təsisçisi Elxan Yaqubovu cərimələyib.

Qaynarinfo xəbər verir ki, sahibkara İnzibati Xətalar Məcəlləsinin 220.2 və 447.0.3-cü maddəsi ilə cərimə yazılıb.

220.2-ci maddə yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması ilə bağlıdır.

Bu maddəyə əsasən, fiziki şəxslər 50 manatdan 100 manatadək məbləğdə, vəzifəli şəxslər 100 manatdan 200 yüz manatadək məbləğdə, hüquqi şəxslər isə 200 manatdan 400 manatadək məbləğdə cərimə edilir.

447.0.3-cü maddə isə standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalı, satılması, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi ilə bağlıdır.

Bu maddədə inzibati cəza növü kimi fiziki şəxslərin 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslərin 1500 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslərin isə 4000 manatdan 6000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Elxan Yaqubov AQTA-nın qərarından məhkəməyə şikayət edib. Onun şikayətinə Nəsimi Rayon Məhkəməsində baxılacaq. Solmaz Mustafayeva iş üzrə hakim təyin edilib.


Şərhlər

XƏBƏR LENTİ