SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Sərsəm fikirləri ilə diqqətə gələn partiya sədri... DEPUTAT OLACAQ? - Ona layiq olduğu həddi göstərilməlidir...

Sərsəm fikirləri ilə diqqətə gələn partiya sədri... DEPUTAT OLACAQ? - Ona layiq olduğu həddi göstərilməlidir...

Tarix:

29-06-2024, 16:08

/ 189 dəfə oxundu.
Sərsəm fikirləri ilə diqqətə gələn partiya sədri... DEPUTAT OLACAQ? - Ona layiq olduğu həddi göstərilməlidir...

“Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində Azad Vətən Partiyasından təxminən 25 nəfərin namizədliyini irəli sürməyi düşünürük. Amma sonralar bu rəqəm arta və ya azala bilər. Bir neçə gün ərzində seçki dairələrində şanslarımızı, namizədlərin istəklərini və digər məsələləri nəzərdən keçirib yekun qərarımızı verəcəyik. Mənim namizədliyim Ağdamdan, Qarabağın istənilən digər bölgəsindən, həmçinin Bakının rayonlarından da verilə bilər. Bəzi bölgələrdən namizədliyimlə bağlı dəvətlər də var”.

Bunu Moderator.az-a açıqlamasında parlamentə növbədənkənar seçkilərə hazırlıqdan bəhs edən Azad Vətən Partiyasının sədri Akif Nağı söyləyib.

“Seçkilərə ciddi hazırlaşmışıq, partiya olaraq iştirak edəcəyimiz ilk seçkilərimizdi, iddiamızı və gücümüzü ortaya qoyacağıq. Parlamentdə ciddi dəyişikliklərin, yeniliklərin olacağına inanırıq. Hesab edirik ki, bu seçkilər qalib dövlətin parlament tarixində dönüş nöqtəsi olacaq və dövlətimiz, millətimiz üçün xeyirli-uğurlu olacaq”, - deyə davamında partiya lideri diqqətə çatdırıb.

***

Dia-az.İnfo-dan: Qeyd edək ki, Akif Nağı bu vaxta qədər özünün şübhəli mövqeyi ilə dəfələrlə diqqət çəkib. Onun Azərbaycan dövlətçiliyini aşkar surətdə həzm edə bilməyən rəsmi Tehran tərəfindən gül-çiçəklə qarşılanması da unudulmayıb.

Bui bir yana.... Əsas olanı isə Akif Nağının bu gün uğrunda milyonların canını fəda etməyə hazır olduğu BÜTÖV AZƏRBAYCAN - BÖYÜK AZƏRBAYCAN ideyasına ironik və təhlükəli formada yanaşması faktıdır ki, bu da zamanında cəmiyyətimiz tərəfindən qıcıqla qarşılandı.

Dia-az.İnfo xatırladır ki, o zamanlar Qarabağ Azadlıq Təşkilatının sədri kimi təqdim olunan Akif Nağının Bütöv Azərbaycanla bağlı fikirləri cəmiyyətdə ciddi narazılıq doğurmuşdu.

QAT sədri Bütöv Azərbaycan ideyasını bədnam "Böyük Ermənistan"la eyniləşdirərək bunları demişdi:

"Hesab edirəm ki, bu, hətta zərərli bir ideyadır. Ermənilər 300 ildir "Böyük Ermənistan" ideyası ilə əziyyət və zülm çəkirlər, başlarına bəlalar gəlir, amma heç nəyə də nail ola bilmirlər. Vaxtında katolik kilsəsi tərəfindən Böyük Ermənistan ideyası ilə Türkiyə və İrana qarşı ermənilərdən istifadə olunub.

Bütöv Azərbaycan ideyası isə Rusiya KQB-si tərəfindən 1945-ci ildə ortaya atılıb".

İndi isə BÜTÖV AZƏRBAYCAN məfkurəmizi erməni xəstəliyi ilə eyni tutan birisi özünə Azərbaycanın MİLLİ Məclisində yer axtarır... və hətta daha da irəli gedərək əmin açıqlamalar verir ki, sanki xalq arasında nüfuzluy birisidir...

Hər halda, önəmli olanı kimin nəyi necə deyəcəyi, hansısa böyük xəyalllara düşəcəyi yox, Akif Nağı kimilərinə yerinin göstərilməsidir ki, bu da 1 sentyabrda MÜTLƏQ BAŞ VERƏCƏK...

Şərhlər

XƏBƏR LENTİ