SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Müstəqil Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin şah əsəridir

Müstəqil Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin şah əsəridir

Tarix:

18-06-2024, 16:03

/ 270 dəfə oxundu.
Müstəqil Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin şah əsəridir

 
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyi özünün yüksək zirvəsinə çatdı. Azərbaycan xalqı dünya tarixinə neçə-neçə böyük mütəfəkkirlərlə yanaşı, Cavanşir, Babək, Şəmsəddin Eldəniz, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Uzun Həsən, Şah İsmayıl Xətai, Nadir şah kimi qüdrətli dövlət xadimləri də bəxş etmişdir. Əsrlər keçdikdən sonra - XX yüzillikdə xalqımız daha bir dahi şəxsiyyət yetirdi. Dünyanın Atatürk, Vaşinqton, Nehru, de Qoll kimi nadir tarixi simaları sırasında Heydər Əliyev şəxsiyyəti öz layiqli yerini tutdu.
 Azadlıq, müstəqillik həm hər bir ayrıca vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, minlərlə şəhid vermişik bu yolda... Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmayan yerdə azadlıq və müstəqillik də yoxdur. Dövləti olmayan xalq ölümə məhkumdur. Azərbaycan dövləti bizim "olum, ya ölüm" məsələmizdir. Prezident Heydər Əliyevin qədirbilən xalqımız qarşısında, tariximiz qarşısında ən böyük xidməti budur ki, bu böyük düha torpaqlanmıza yiyələnmək üstündə ən kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etdi, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtardı.  
Ulu Öndərin milli dövlətçilik tariximizdəki rolunu xüsusidir. Azərbaycanın çoxəsrlik tarixinə nəzər salsaq, görərik ki, iqtisadi-siyasi yüksəlişi şərtləndirən nüvə funksiyasını, bir qayda olaraq, xalqa rəhbərlik edən  tarixi şəxsiyyətlər öz üzərilərinə götürmüşlər. Bu səbəbdən də xalqımızın qan yaddaşına həkk olunan liderlər - hökmdarlar, eyni zamanda, el ağsaqqalı kimi qəbul edilmişlər. Xalqımız daxili strukturuna görə, zəngin, yüksək dərəcədə dözümlü, yeni ideya və dəyişikliklərdən bəhrələnən olduğundan, yetişdirdiyi qüdrətli şəxsiyyətlər də özlərində bu keyfiyyətləri yaşatmışlar. Qüdrətli şəxsiyyətlərin sırasında siyasət xadimləri ictimai fikir uğrunda mübarizə aparmaqları ilə seçilmişlər. Siyasət ədaləti sevmədiyindən, siyasi liderlər çevik, fəal mövqelərinə görə fərqlənən, maneəleri dəf etməyi bacaran insanlar olurlar.
Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir. Heydər Əliyev gəncliyində memar olmaq istəyirdi. İstəyirdi ki, yaratdığı sənət nümunələri əbədiyaşarlıq nümunəsi olsun. Amma insanın yaşamına, taleyinə rövnəq verən illər onu siyasət meydanında sınamaq istədi. Haqlı olaraq bu gün Heydər Əliyevi qurub-yaradan siyasətçi kimi qəbul edirlər. Çünki O, sözün əsil mənasında, təptəzə bir Azərbaycanın qurucusudur. Müstəqil Azərbaycan dövlətinin memarıdır. Dürüst desək, Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir. Onun xarakterindəki bütövlük, qətiyyət, cəsarət, sədaqət və səmimiyyət fitrətdən gəlir. Əsrlər boyu başı bəlalar çəkmiş bir xalqa Heydər Əliyevi xilaskar kimi göndərib. Belə bir deyim var: "Hər dövrün tənəzzüldən öz qurtuluş yolu var. Hər xalqın yad millətin ağalığından öz qurtuluş yolu var. 1993-cü ilin iyun ayında Azərbaycan xalqının təkidi, tələb və xahişindən sonra Heydər Əliyevin yenidən rəhbərliyə qayıdışı müstəqilliyimizin real təhlükədən xilas olması üçün zəruri şəraiti təmin etdi, onun dönməzliyini, əbədiliyini şərtləndirdi. İlk günlərdən etibarən müdrik rəhbərimizin həyata keçirdiyi siyasət bütün dünyaya göstərdi ki, Azərbaycan müstəqil dövlət kimi yaşamağa qadirdir, iqtisadiyyatımızı, siyasetimizi özümüz layiqincə idarə etməyi bacarırıq. Azərbaycan kimi qeyri-sabit, qarşıdurmanın ifrat həddə çatmış olduğu bir məmləkətdə çox qısa bir vaxtda sabitliyin yaradılması Heydər Əliyev şəxsiyyətinin, şücaətinin, böyüklüyünün ən bariz nümunəsidir. O xalqı qardaş qırğınından, vətəndaş müharibəsindən, ölkəni separatçılıqdan və real parçalanma təhlükəsindən, xalq təsərrüfatının dağılmasından xilas etdi. Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, sözün əsil mənasında, "Ömrümün qalan hissəsini də xalqıma qurban verirəm" deyə öz xalqına sahib çıxması böyük fədakarlıq idi.   
Bir tərəfdən vətəndaş müharibəsi, digər tərəfdən isə siyasi hakimiyyət böhranının məngənəsində sıxılan Azərbaycana rəhbərlik etmək məsuliyyətini yalnız Heydər Əliyev öz üzərinə götürə bilər. Bu tarixi məsuliyyət isə Milli Məclisin Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Ali Sovetin Sədri Heydər Əliyevə keçməsi haqqında 24 iyun 1993-cü il tarixli qərarı ilə hüquqi baxımdan təsbit edildi. Bu hadisə kəskin sosial münaqişələr məkanına çevrilmiş, vətəndaş itaətsizliyi şəraitində yaşayan, qoluzorluluğun və özbaşınalığın tüğyan etdiyi, müstəqil dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşan Azərbaycanın düşdüyü bəlalardan xilas olması yolundan mühüm tarixi əhəmiyyət daşıyırdı. Bu dövrdə dünyanın diqqət mərkəzi Azərbaycana yönəlmişdi. Bir-birinin ardınca baş verən ağır siyasi proseslər, millətçi separatçılıq, Azərbaycanın dövlətçiliyini sarsıtmış, onun müstəqilliyini və azadlığını təhlükə altına almışdı. Belə çıxılmaz siyasi vəziyyətdə bütün bu çətinlikləri yaşadıqdan sonra millət birmənalı şəkildə dərk etdi ki, hər yetəndən “lider” ola bilməz. Onun özünə layiq rəhbəri olmadan bu fəlakətlərdən xilas ola bilməz.
1993-cü ilin yayında Azərbaycanda baş verən hakimiyyət dəyişikliyi onun daxili və xarici siyasət fəaliyyətinin də yeniləşməsinə və ölkənin strateji maraqları əsasında yenidən qurulmasına şərait yaratdı. O, Azərbaycanı dünya xəritəsindən silinməkdən, keçmişdə olduğu kimi, xanlıqlara bölünməkdən, bütövlükdə məhv olmaqdan qurtardı. Çox qısa bir müddətdə vətəndaş müharibəsinin alovları söndürüldü, ölkədəki silahlı dəstələr ləğv edildi. Əhalidə saxlanılan külli miqdarda silah-sursat yığıldı. Müharibədə uzunmüddətli atəşkəsə nail olundu. 
1993-cü il iyun ayının 9-da Heydər Əliyevin Azərbaycana qayıdışı Azərbaycan xalqının taleyində önəmli rol oynamışdır. Heydər Əliyevin həmin dövrdə Azərbaycana qayıdışı olamasaydı, müstəqillik, firavanlıq - bunların heç biri olmayacaqdı. Dahi Heydər Əliyevin Azərbaycana qayıdışı Azərbaycan xalqının taleyində önəmli rol oynamışdır. Heydər Əliyev prezidentliyə başladığı ilk gündən etibarən Azərbaycanda  müstəqillik, iqtisadi yüksəliş, azadlıq, elmi tərəqqi dövrü başlamışdır.  Heydər Əliyev Respublikaya rəhbərlik etdiyi illərdə minlərlə tədris ocağı, gənclik mərkəzləri açılmış Azərbaycanlı gəncləri SSRİ-nin nüfuzlu, ali məktəblərinə göndərmişdir. Heydər Əliyev prezidentliyə başladığı ilk gündən etibarən Azərbaycanda müstəqillik, iqtisadi yüksəliş, azadlıq, elmi tərəqqi dövrü başlamışdır. Getdikcə Azərbaycan dünya ölkələri içərisində öz layiqli yerini tutmuş və nəhayət, Heydər Əliyevin səyi nəticəsində 1994-cü ildə “Əsrin müqaviləsi” adı altında ən böyük neft kontraktı imzalanmışdır.  
Ümumilikdə, ölkəmizin iqtisadi potensialının güclənməsi, dövlət büdcəsinin gəlirlərinin artması, neft sektorunun asılılığın minimuma endirilməsi, ölkənin istehsal gücünün artması, aqrar sektorun inkişafı, çoxlu sayda yeni iş yerlərinin açılması, ərzaq və ekoloji təhlükəsizliyin gücləndirilməsi, sahibkarlığın inkişaf etdirilməsi Azərbaycanın firavan yaşamasının sübutudur.

 
Altay Əliyev
Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü
 
 

Şərhlər

XƏBƏR LENTİ