SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Çin Karqo” şirkəti 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə xalqımızı təbrik edir

“Çin Karqo” şirkəti 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə xalqımızı təbrik edir

Tarix:

14-06-2021, 21:59

/ 586 dəfə oxundu.
“Çin Karqo” şirkəti 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə xalqımızı təbrik edir

Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Bu günü bizə bəxş edən ulu öndərimiz Heydər Əliyev dövlətimizin müstəqillik tarixinə adını qızıl hərflərlə yazıb. Nə qədər Azərbaycan xalqı və dövləti var, ulu öndərimiz Heydər Əliyev də yaşayacaq. “Çin Karqo” şirkəti ənənəvi olaraq, keçirdiyi dəyirmi masanın mövzusunu da məhz dahi öndərimizin xalqımıza və dövlətimizə bəxş etdiyi 15 İyun Milli Qurtuluş Gününə həsr etmişdir.
Dəyirmi masanı giriş sözü ilə açan "Çin Karqo” şirkətinin rəhbəri Şamil Heydərov Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsil qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixi olduğunu bildirdi. Qeyd etdi ki, bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insandır Heydər Əliyev.
Şamil Heydərov Milli Qurtuluşa gedən yol və Azərbaycanın o zaman üzləşdiyi ağır, çətin proseslərdən geniş və əhatəli fikirlər səsləndirdi. Onu da bildirdi ki, ulu öndərimizin xalqın çağrışı ilə ikinci dəfə hakimiyyətə gəlişi ilə xalqın sabaha olan inamı özünə qayıtdı:"Bütün Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi. Ümummili liderimiz Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsi, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarması  idi. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın və müstəqilliyimizin qorunub saxlanması deməkdir".
Şamil Heydərov 15 İyun Milli Qurtuluş Günü ətrafında fikir mübadiləsinin aparılmasının və ulu öndərimizin dövlət və xalq qarşısındakı tarixi xidmətlərindən bəhs etmələrinin vacibliyini bildirdi.
Ulu öndər Heydər Əliyev Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyinin bugünü və gələcəyi üçün böyük və zəngin bir irs qoyub. Dünyanın ən görkəmli liderləri ümummilli lider Heydər Əliyev siyasətinin qarşısında, sözün böyük anlamında, səcdə ediblər. Çünki ulu öndər Heydər Əliyev təkcə Azərbaycan coğrafiyası daxilində deyil, bütün bəşəriyyət tərəfində qəbul olunan böyük bir şəxsiyyətdir. Azərbaycan xalqının ən böyük xoşbəxtçiliyi ondadır ki, onun ulu öndər Heydər Əliyev kimi böyük lideri var. Bu liderin böyüklüyü bir də ondadır ki, Onun xalqının və millətinin xoşbəxtliyi üçün fədakarcasına görmüş olduğu işlərin əvzi yoxdur.
15 iyun 1993-cü il Azərbaycan xalqının tarixinə ən əlamətdar bir tarixi hadisə kimi daxil olub. Çünki bu tarix Azərbaycanın xilas və nicat tarixidir. Xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının itirilmiş inamını özünə qaytardı, Azərbaycanın müstəqilliyini təmin etdi. Ulu öndər, həmişə qeyd edirdi ki, dövləti olmayan xalq ölümə məhkumdur. Biz azadlığımızın, müstəqilliyimizin yolunu gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəbdir. 1993-cü ilin əvəllərində artıq Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. O zaman Azərbaycan son dərəcə ağır vəziyyətdə idi. Tarixi düşmənimiz ermənilər bir-birinin ardınca rayonlarımızı işğal edib, yüz minlərlə soydaşımızı öz vətənində qaçqına çevirmişdi. Azərbaycanı parçalamaq və bir dövlət kimi məhv olmaq təhlükəsindən xilas etmək reallıqdan çox uzaq görünürdü. Bu zaman xalqın təkidli dəvətini qəbul edən ulu öndər Heydər Əliyev iyunun 9-da Bakıya gəldi. Bütün Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı. Bununla da, daxili və xarici düşmənlərimizin bütün planları iflasa uğradı. Xilaskarlıq missiyasını öz üzərinə götürən ümummilli liderimiz Heydər Əliyevin Gəncəyə səfəri vətəndaş müharibəsinin qarşısını aldı. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edildi, Onun qətiyyətlə, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas oldu, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək, böyük nailiyyətlər qazandı.
Bu gün ulu öndər Heydər Əliyevin müəyyənləşdirmiş olduğu uğurlu inkişaf yolu Prezident İlham Əliyevin rəhbərliyi altında böyük əzmlə davam etdirilir.

Şərhlər

XƏBƏR LENTİ