SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Abdulkadir Uraloğlu: "Orta Dəhliz ilə uzunmüddətli dövrdə 1 500 blok qatar hərəkət edəcək"

Abdulkadir Uraloğlu: "Orta Dəhliz ilə uzunmüddətli dövrdə 1 500 blok qatar hərəkət edəcək"

Tarix:

25-05-2024, 14:38

/ 230 dəfə oxundu.
Abdulkadir Uraloğlu: "Orta Dəhliz ilə uzunmüddətli dövrdə 1 500 blok qatar hərəkət edəcək"

Ortamüddətli dövrdə Orta Dəhliz və Bakı-Tbilisi-Qars Dəmir Yolu Xətti (BTQ) vasitəsi ilə Türkiyə və Çin arasında ildə 200 blok qatarın hərəkəti planlaşdırılır.

Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

Onun sözlərinə görə, uzunmüddətli perspektivdə bu marşrutla ildə 1 500 blok qatar və 6,5 milyon ton yükün daşınması hədəflənir: “Həmçinin Türkiyə ilə Çin arasında yüklərin çatdırılma müddətini 12 gündən 10 günə endirməyi planlaşdırırıq”.

A. Uraloğlu qeyd edib ki, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə Orta Dəhlizin dəmir yolu və avtomobil yolu ilə yükdaşıma qabiliyyəti artacaq:

“Bu da Pekindən Londona qədər uzanan Şərq-Qərb marşrutu üzrə ticarətin artmasına müsbət töhfə verəcək. Orta Dəhlizin səmərəliliyinin artması ilə Azərbaycan ərazisindən Xəzər dənizi üzərindən inkişaf etdirilə biləcək layihələr, həm də Naxçıvan və Rusiya ilə nəqliyyat və enerji sahəsində əldə ediləcək əməkdaşlıqla ölkəmizin regiondakı strateji mövqeyi artacaq”.

Xatırladaq ki, Bakı-Tbilisi-Qars Dəmir Yolu Xətti 30 oktyabr 2017-ci ildə istifadəyə verilmişdi. Ümumi uzunluğu 757 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 429 kilometri Azərbaycan, 220 kilometri Gürcüstan, 79 kilometri isə Türkiyə sərhədləri daxilindədir.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat dəhlizidir.

Şərhlər

XƏBƏR LENTİ