SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Qaradağın icra başçısı haqda iddialar - İTTİHAM VAR

Qaradağın icra başçısı haqda iddialar - İTTİHAM VAR

Tarix:

27-07-2017, 10:54

/ 114 420 dəfə oxundu.
Qaradağın icra başçısı haqda iddialar - İTTİHAM VAR

Ölkə mətbuatında zaman-zaman Qaradağ RİH-nin başçısı Süleyman Mikayılov haqda tənqidi yazılar yazılıb. Həmin yazılarda Süleyman Mikayılovun ünvanına ağır ittihamlar irəli sürülürdü.
Son zamanlar xəbər portallarında Qaradağ rayonunda baş verən özbaşınalıqlardan və icra başçısı Süleyman Mikayılovun yol verdiyi qanunsuz hərəkətlər haqqında yazılar geniş vüsət alıb.
Araşdırma nəticəsində məlum olur ki, Süleyman Mikayılovdan yetərincə şikayət, tənqid və başqa xoşagəlməz məlumatlar var. Ancaq təəsüf ki, bir çox mətbu orqanlar bunları işıqlandırmır.
Bir müddət əvvəl işıqlandırdığımız mövzulardan olan 2-ci qrup Qarabağ əlilinə qarşı Qaradağ RİH-də süründürməçi münasibət şikayətçini prezident İlham Əliyevə və onun xanımı, birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etmək məcburiyyətində qoymuşdu.
Həmin şikayəti qısa da olsa xatırlayaq:
Əslən Beyləqandan olan Natiq İsmayılova 2013-cü ildən bu yana Qaradağ rayonu Lökbatan qəsəbəsindən aldığı torpaq sahəsində tikintiyə başlamağa icazə verilmir və ona müxtəlif maneələr yaradılır.
Qeyd etmək yerinə düşər ki, keçən il də bu məsələ tərəfimizdən işıqlandırılmışdı və tikintiyə icazə üçün 2-ci qrup Qarabağ əlili Natiq İsmayılovdan külli miqdarda pul tələb edən Hüquq şöbəsinin müdiri Rasim müəllim vəzifəsindən azad olunmuşdu.
Şikayətçi bildirir ki, Qaradağ RİH-də yeni təyinatlar olmasına baxmayaraq, sadə vətəndaşlara olan münasibət əvvəlki qaydasındadır.
Tikintiyə başlamaq üçün bütün zəruri sənədləri olan Natiq İsmayılova icra başçısı Süleyman Mikayılovla görüşməyə süni əngəllər yaradılır.
Görünür, Süleyman Mikayılov Qaradağ RİH-nə işçi götürəndə çox diqqətli davranır. Çünki icra nümayəndələri tikinti üçün icazə və İcra Hakimiyyətinin səlahiyyətlərinə daxil olan digər məsələləri dolayı yollarla gətirərək, vətəndaşa başçı ilə görüşməyə imkan vermirlər və həmçinin onların “maraqlarını” təmin etmədiyi təqdirdə, vətəndaşa yalan vədlər verərək işi uzadırlar və həll etməkdən boyun qaçırırlar. Yalnız vətəndaş müəyyən qədər “şirinlik” verdikdən sonra Qaradağ RİH-də məsələnin həlli haqqında düşünülür.
Ancaq qeyd etmək yerinə düşər ki, Süleyman Mikayılovun belə özbaşına hərəkətləri, hər şeydən öncə vətəndaşların ölkəmiz haqqında mənfi fikirlərə qapılmasına səbəb olur. Çünki onun rəhbərliyi altında idarə olunun bu qurumun əsas məsuliyyətləri arasında vətəndaşlara qarşı xoş rəftar və müraciətlərin yubadılmadan həll olunması ilk pillədə qərar tutmalıdır. Çox heyf ki, reallıq belə deyil.
Qeyd etdiyimiz kimi, bu günə kimi xəbər portallarında Süleyman Mikayılov haqqında kifayət qədər tənqidi yazılar dərc olunub. Və indi xatırlayacağımız hadisə onu göstərir ki, bu yazılarda irəli sürülən ittihamlar həqiqətə uyğundur.
2015-ci il.
Qaradağ RİH-nin hesabat tədbiri.
Tədbirdə icra başçısı Süleyman Mikayılov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi cənab Tağı Tağıyev, Milli Məclisin deputatı, Yap Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Şuranın üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Qaradağ rayonunda keçirilən bu tədbir və tədbirdə səslənən faktlarla bağlı araşdırmanın nəticəsi isə çox maraqlıdır.
Qaradağ rayon icra başçısının sözügedən hesabatına keçməzdən öncə onu bildirək ki, Süleyman Mikayılov adətən bu kimi hesabat yığıncaqlarında bir çox icra başçılarından fərqli bir taktikadan istifadə edirdi. Qaradağda keçirilən bütün hesabat yığıncaqlarında icra başçısı yalnız ölkə səviyyəsində məlumatlarla çıxış edir, rayon haqda məlumatları isə adətən birinci müavin Emil Abbasov məruzə edirdi. Bu dəfə isə gedişat fərqli olmuşdu. Ümumi məruzəni icra başçısının özü etmişdi. Buna qədərki bir çox tədbirləri izləsək, doğurdan da S.Mikayılovun tribunaya meyilli olmadığını görərik. Adətən bu funksiyanı birinci müavin olaraq E.Abbasov həyata keçirib. Bu dəfə əks-taktikanın seçilməsi haqda bir çox ehtimallar vardı və ehtimallardan biri də bu idi ki, adı bir çox qalmaqallarda hallanan icra başçısının görəvdən alınacağı, hətta artıq rayonu birinci müavin olaraq E.Abbasovun idarə etməsi ilə bağlı şayələr dolaşırdı.
Hesabat yığıncağındakı jesti ilə S.Mikayılovun bu şayələrə son qoyduğu və “ayaqdayım” mesajı verdiyi güman edilir.
Qeyd etmək yerinə düşər ki, Süleyman Mikayılovun vəzifəsindən sui-istifadəsi ölkədəki məmur-vətəndaş münasibətlərinin inkişafına kölgə salır. Çünki dövlət qulluğunda olan və vətəndaşlara xidmət etməli olan şəxslər prezident İlham Əliyevin siyasətini hər bir yerdə onun tələblərinə uyğun formada həyata keçirməlidirlər.

Şərhlər

XƏBƏR LENTİ