SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Məşhur "Batı-X" şirkətinin ağacları məhv etdiyi aşkarlandı... - Nazirlik hərəkətə keçdi

Məşhur "Batı-X" şirkətinin ağacları məhv etdiyi aşkarlandı... - Nazirlik hərəkətə keçdi

Tarix:

16-04-2024, 20:20

/ 554 dəfə oxundu.
Məşhur "Batı-X" şirkətinin ağacları məhv etdiyi aşkarlandı... - Nazirlik hərəkətə keçdi

Neft və Energetika sənayesi avadanlıqlarının quraşdırılması ilə məşğul olan "Batı-X" şirkətinin ağacları qanunsuz olaraq kəsdiyi aşkarlanıb.

İqtisadiyyat.az xəbər verir ki, buna görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edib.

Daha sonra protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. İş hakim Sevinc Quliyevanın icraatına verilib.

Əgər məhkəmə protokolu təsdiq edərsə, "Batı-X" şirkətini yol verdiyi bu qanunsuzluğa görə 35 000 manat cərimələnəcək.

Çünki şirkətin barəsində protokol tərtib olunan maddədə deyilir ki, şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir.

Qeyd edək ki, "Batı-X" şirkəti 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi şirkətin direktoru Tağıyev Vidadi Mirsədi oğludur. Şirkət neft və energetika sənayesi avadanlıqlarının quraşdırılması sahəsində xidmət göstərir.

Məlumat üçün bildirək ki, şirkətin hazırda 33 372 manat vergi borcu da yığılıb.

Şərhlər

XƏBƏR LENTİ